SS-Production xəritədə

SS-Production

Bakı, Xətai rayonu, Nobel prospekti, 15 AZ1025 *** 0 səs

SS-Production haqqında

SS Production reklam agentliyi 1998-ci ildə yaradılmışdır. Yarandığı gündən SS Production-un əsas qayəsi müştərilərə konkret nəticələr əldə etməyə yardımçı olan reklam və PR kampaniyaları və bütövlükdə, marketinq xidmətlərini təqdim etmək olmuşdur. Biz müştərilərimizə fayda verə biləcək məhsul və xidmət təklif etməyə səy göstəririk. Bizim misyonumuz reklam və ictimaiyyətlə əlaqələr sahəsində planlı fəaliyyət göstərərək, müştərilərimizə konkret uğurlu nəticə qazandıracaq geniş miqyaslı iş həyata keçirməkdir. Bizim məqsədimiz müştərilərimiz üçün sadəcə reklam kompaniyası olmaq deyil, onların marketinq tərəfdaşı olmaqdır. Bizim işimizə verilən ən böyük qiymət gerçəkləşən fəaliyyət sonrası müştərilərimizin məhsul və xidmətinin satış səviyyəsinin artmasıdır.