SOTHYS - qədim Yunan gözəllik, harmoniya, məhsuldarlıq ilahəsi Sotisin adıdır.Bu əfsanəvi ad bütün dünyadakı gözəllik salonları və premium dərəcəli SPA mərkəzlərində prestij və mükəmməlliyi təqdim edir.SOTHYS - son dərəcə gözəl, valehedici və həssa emosiyalar dünyasıdır!
Sizin viicudunuzun ən yaxşısına layiqdir! Dəbdəbəli tekstur və ətirlər, hər bir məhsulun təsdiq olunmuş yüksək effektivliyi,bir çox unikal işləmə,patent və yeniliklər,Digi - Esthetique eksklyuziv massaj üsulları ilə xüsusi qulluq metodları,salon və ev şəraitində gerçəkləşən misli olmayan proqram çeşidləri - bütün bunlar SOTHYS- də.
Müştərinin gözlliyi və rifahı SOTHYS fəlsəfəsinin əsasını təşkil edir.Üz və bədən dərisi üçün nəzərdə tutulmuş proqramlar - estetik məqsədlə,eləcə də bütün hissiyyat orqanlarına faydalı təsir edərək,rahatlıq gətirən,enerjinin oyanmasına səbəb xüsusi SPA mərasimləridir.
60 ildən artıqdır ki, SOTHYS brendi öz baniləri tərəfindən bünövrəsi qoyulmuş ənənələri qoruyub saxlayaraq, qeyri - adi yenilikləri ilə bütün dünyanı heyrətləndirir.Hal - hazırda bu marka 110 ölkənin 15000 gözəllik salonlarında təqdim olunur və peşəkar kosetika sahəsində tanınmiş liderlərdən biridir.SOTHYS öz pərəstişkarlarını ( Sofi Dal, Uma Turmandan tutmuş Djud Lou, Eşton Katçer və bir sıra digər Hollivud ulduzlarına qədər) şəhanə yenilikləri,luxury beauty - industry sahəsində diktə etdiyi dəblə sevindirməyə davam edir.
Bu gün Bakıdakı salonumuzun qapıları bütün gözəllik sevənlər üçün açılır.SOTHYS Hollivud qulluq üsullarının təqdim etdiyi imkanlara layiqli qiymət verməyə və ecazkar, effektiv gözəllik mərasimlərindən həzz almağa Sizi dəvət edirik.Zaman axarını istədiyiniz kimi təyin edə biləcəyiniz,rahat nəfəs ala biləcəyiniz,zövqünüzü oxşayan maraqlı səyahətə xoş gəlmisiniz!