SOS - Azərbaycan Respublikası Uşaq Kəndləri Dərnəyi haqqında
SOS Uşaq Kəndləri bütün dünyada uşaqların sevgi dolu evdə öz valideyinləri ilə yaxud onları himayə edənlərlə yaşamağına kömək edən bir təşkilatdır. Hər uşağın sevgi dolu bir evə ehtiyacı var və biz bunu gerçəkləşdirmək üçün bütün dünyada ailələrə kömək edirik.Biz əminik ki, hər bir uşaq qayğıkeş ailə mühitində böyüməlidir. Buna görə işimiz uşaqların uşaq kimi yaşaya biləcəyi sevgi dolu ev yaratmaqda ailələrə kömək etməkdir.
Biz ailələrə öz uşaqlarına qayğı göstərə bilmələri üçün dəstək veririk. Təcrübəmiz göstərir ki, hər uşağa uzunmüddətli, sabit münasibətlər lazımdır. Bu isə ancaq ailə mühitində mümkündür və burda onlara qayğı göstərən insanların sevgisi önəmlidir. Elə buna görə də biz digər təşkilatlardan seçilirik. Çünki hər bir uşağın ehtiyaclarını fərdi qaydada qarşılayırıq. Himayəmizdə olan hər bir uşağı öyrənib, onların ozləri ilə birlikdə inkişaf planlarını hazırlayırıq. Biz gənclərə müstəqil olacaqları zamanadək dəstək verməkdəyik.