Azərbaycanda Miqrantların və Məcburi Köçkünlərin Müdafiəsi İctimai Birliyi xəritədə

Azərbaycanda Miqrantların və Məcburi Köçkünlərin Müdafiəsi İctimai Birliyi

Bakı, Nəsimi rayonu, Azadlıq prospekti, 114/4 AZ1110 *** 2 səs

Azərbaycanda Miqrantların və Məcburi Köçkünlərin Müdafiəsi İctimai Birliyi haqqında

Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyi 2004-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçərək fəaliyyətə başlayıb. Birliyin əsas məqsədi Azərbaycan Respublikası və xarici ölkələrdə miqrant, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə əlaqədar şəraitin müntəzəm müşahidəsini təşkil etməkdən ibarətdir.

Birliyin vəzifələri

  • Azərbaycan Respublikasında miqrant, qaçqın və məcburi köçkünlərin hüquqları, yaşayış şəraiti ilə əlaqədar məruzələrin hazırlanması, tərcümə edilməsi, ölkədə və ölkə hüdudlarından kənarda yayılmasının təşkili;
  • ölkə daxilində və xaricdə Azərbaycandan olan miqrant, qaçqın və məcburi köçkünlərə yardım göstərilməsi ilə əlaqədar humanitar yardım kampaniyalarının təşkili;
  • miqrant, qaçqın və məcburi köçkünlərə humanitar və sosial yardımların göstərilməsi;
  • Azərbaycan Respublikasında yaşayan miqrant, qaçqın və məcburi köçkünlərin, eləcə də onların ailə üzvlərinin hüquqlarının müdafiəsi;
  • Azərbaycan Respublikasında miqrant, qaçqın və məcburi köçkünlərin mövcud problemlərinin ədalətli həllinə beynəlxalq ictimaiyyətin cəlb olunması;
  • miqrant, qaçqın və məcburi köçkünlərin və onların ailə üzvlərinin insan hüquqlarının tanınması və nəzərə alınmasının ümumi təbliği;
  • BMT-nin miqrant, qaçqın və məcburi köçkünlərlə bağlı Beynəlxalq Konvensiyaların yerlərdə tətbiqinə kömək;
  • mühacirlərin hüquqi və həyat standartları vəziyyətinin inkişafı tendensiyaları üzrə monitorinqi təşkil edir.


Birlik həmçinin Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırılması məqsədilə iş aparır. Birliyin “Qolos Karabaxa”, “Voice of Karabakh” qəzeti (ingilis və rus dillərində nəşr olunur) və Azərbaycan, ingilis və rus dillərində gündəlik yeniləşən internet saytı Qarabağın əzəli Azərbaycan torpağı olması, onun qanunsuz olaraq Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, milyona yaxın adamın doğma yurd-yuvasından didərgin düşməsi, həmin insanlara dəyən maddi və mənəvi ziyan, işğal olunmuş ərazilərdəki yerüstü və yeraltı sərvətlərin talan edilməsi, tarixi, maddi-mədəniyyət, memarlıq, dini abidələrin dağıdılması, yandırılması, qarət edilməsi, erməniləşdirilməsi, işğal edilmiş ərazilərin ekoloji terrora məruz qalması və s. işlə bağlı konkret faktlara, sübutlara, dəlillərə əsaslanan materialları dünya ictimaiyyətinə çatdırır.