ARDNŞ Azərbaycan Dövlət Neft Şirkəti xəritədə

ARDNŞ Azərbaycan Dövlət Neft Şirkəti

Bakı, Səbail rayonu, Neftçilər prospekti, 73 AZ1000 *** 1 səs

ARDNŞ Azərbaycan Dövlət Neft Şirkəti haqqında

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində hüquqi şəxs statusuna malik 3 istehsalat birliyi, 1 neft, 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla 23 struktur bölməsi var.Şirkətin iştirakı ilə yaradılmış birgə müəssisələr (o cümlədən Gürcüstan və Türkiyədə), alyanslar, Əməliyyat Şirkətləri neft-qaz sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərir. SOCAR-ın Gürcüstan, ABŞ, Türkiyə, Rumıniya, Avstriya, İsveçrə, Qazaxıstan, Böyük Britaniya, İran, Almaniya, Ukraynada və Belçikada nümayəndəlikləri, İsveçrə, Sinqapur, Vyetnam, Nigeriya və s. treydinq şirkətləri təsis olunmuşdur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin missiyaları

Missiyamız Azərbaycan Respublikasının yanacaq-enerji təhlükəsizliyini, neft-qaz və neft-kimya sənayesinin inkişafı üzrə strateji maraqları təmin etmək, qabaqcıl və ekoloji təmiz texnologiyalardan istifadə edərək Azərbaycanın elmi-texniki, iqtisadi və intellektual potensialının artırılmasına dəstək olmaq, regional və beynəlxalq enerji layihələrində həlledici mövqe tutmaq, karbohidrogen ehtiyatlarının və emal məhsullarının daxili və xarici bazarlarda satışından maksimal mənfəət əldə etməkdir.Məramımız əməliyyat effektivliyi, sosial və ekoloji məsuliyyəti qabaqcıl təcrübəyə uyğun, dünyanın şaquli inteqrasiya olunmuş iri beynəlxalq neft-qaz şirkətinə çevrilməkdir.