“Smart Systems Technology” MMM bank və maliyyə fəaliyyətinin kompleks avtomatlaşdırılması, müasir informasiya və bank texnologiyalarının tədrisi, telekommunikasiya şəbəkələrinin layihələndirilməsi və qurulması, mürəkkəb informasiya sistemlərinin işlənib hazırlanması, bank və maliyyə sahəsində konsaltinq və informasiya xidmətləri, internet provayder xidmətlərinin göstərilməsi, müasir kommunikasiya avadanlıqlarının satışı və s. ilə məşğul olur.Şirkət 19 noyabr 1999-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçmişdir.
Şirkətin fəaliyyətinin əsas məqsədlərindən biri, bütün fəaliyyət sahəsində keyfiyyət amilinin ön planda tutulması, müştəri məmnuniyyətinin prioritet vəzifə qəbul edilməsidir. Bunun üçün Şirkətin qəbul etdiyi Keyfiyyət Siyasətinin və Keyfiyyət üzrə Beynəlxalq Standartın tələbləri tam və dəqiq yerinə yetirməkdədir.Şirkətin fəaliyyət sahəsinə uyğun olaraq daima inkişaf etmək, xidmət sahəsini genişləndirmək, əməkdaşlarımızın peşəkarlığını təmin etmək, müştərilərin və tərəfdaşların sayını hər il ötən ilə nisbətən daha da artırmaq, PROQRAM TƏMİNATI və İKT sahəsində sağlam rəqabət mühitinin yaranmasında aktiv iştirak edərək “liderlik” imicini qazanmaq əsas məqsədlərimizdəndir.
Smart Systems Technology, bank, maliyyə və digər strukturların fəaliyyətinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş mürəkkəb proqram komplekslərinin yaradılması, telekommunikasiya şəbəkələrinin layihələndirilməsi, qurulması və məlumatların ötürülməsi (data transfer) xidmətlərinin göstərilməsi, optik kanallar və WiFi texnologiyaları üzərindən VoİP və video-müşahidə sistemlərinin qurulması və tətbiqi, sistem inteqrasiyası, kommunikasiya avadanlıqlarının satılması və quraşdırılması, genişzolaqlı internet provayder və ADSL xidmətlərinin göstərilməsi ilə məşğul olur.