Sky Bridge haqqında
«Sky Bridge» dəbdəbəli həyat mühiti olaraq inşa olunan terminalın strateji yerlərində yerləşdirilmiş 62 ədəd lightbox, 26 ədəd LCD ekran, 26 ədəd ayaqlı totem və 2 ədəd meqavideowall vasitəsi ilə hər il orta və yüksək gəlirə sahib 3 milyon sərnişini lyuks və premium markalarla görüşdürür.
«Sky Bridge» gedən və gələn sərnişinlərin özlərinə diqqət yetirərkən ünsiyyət yaratmaq istədikləri marka və məhsulları rəqəmsal və çap formatında onların hüzuruna gətirir. Reklam yerlərinin bölgüsü həm gələn və gedən sərnişinlərin, həm də sərnişin gözləyənlərin reklamlarınızı görmələrini təmin edir.