Siyəzən Rayon İcra Hakimiyyəti xəritədə

Siyəzən Rayon İcra Hakimiyyəti

Heydər Əliyev küçəsi, Siyəzən, 39 AZ5300 *** 0 səs

Siyəzən Rayon İcra Hakimiyyəti haqqında

Siyəzən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Siyəzən şəhəridir.Siyəzən rayonu 2 fevral 1992-ci ildə yaradılıb. Lakin Siyəzən rayon kimi ilk dəfə Dəvəçi rayonunu bir hissəsində 11 fevral 1940-cı ildə təşkil olunmuş və 1959-cu ildə ləğv edilərək yenidən Dəvəçi rayonunun (indiki Şabran) tərkibinə verilmişdir. Rayonun ümumi sahəsi 0,70 min kv. km-dir.Siyəzən rayonu Azərbaycanın şimalında, Böyük Qafqaz dağları ilə Xəzər sahilində olan Samur-Dəvəçi ovalığında yerləşir. Ovalığın cənub-şərqində yarımsəhra landşaftı, dağətəyi hissələrdə isə boz-çəmən, şabalıdı-qəhvəyi, qismən qara torpaqlar yerləşməklə, meşə-çəmən landşaftı xarakterikdir. Ərazisi əsasən neft və təbii qaz, həmçinin əhəng daşı, çınqıl, gil və s. təbii ehtiyatlarla zəngindir. Siyəzən rayonunun ərazisindən respublika əhəmiyyətli avtomobil və dəmir yolları keçir. Bakı-Quba magistral avtomobil yolunun 40 kilometri, Bakı-Mahaçqala dəmir yolunun isə 47 kilometri rayon ərazisinə düşür. Rayon ərazisində 4 dəmir yolu stansiyası fəaliyyət göstərir. Bunlar Qızıl-Burun, Zarat, Siyəzən, Gil-gilçay dəmir yolu stansiyalarıdır.

Siyəzənin tarixi

Siyəzən sözünün yozumu ilə bağlı ehtimallardan birində deyilir ki, Siyəzən tat dilində “siyahzən”, yəni “qaravuran”, “ovçu” deməkdir.
Bu məskən saldığımız şəhərin əvvəlki adı Qızılburun olubdur. Deyilənlərə görə bu torpaq vaxtilə ilan mələyən çöllərdən ibarətmiş. Bakı- Şollar Su Kəməri çəkiləndə işçi qüvvəsi kimi ətraf kəndlərdən bura adamlar köç edirlər. Bu hadisə 1911-16-cı illər arasında baş vermişdir. Qızılburunun yaşayış mərkəzinə çevrilməsində “Qızılburun” dəmiryolu stansiyasının böyük rolu olmuşdur. Beləliklə zaman ötdükcə, illər bir-birini əvəzlədikcə stansiyada işləyənlər də, su kəmərinin tikintisində çalışanlar da Qızılburunda daimi sakinlərə çevrildilər.