Şirvan İnzibati-İqtisadi Məhkəməsi xəritədə

Şirvan İnzibati-İqtisadi Məhkəməsi

H.Z.Tağıyev küçəsi, Şirvan, 10 AZ1800 *** 0 səs

Şirvan İnzibati-İqtisadi Məhkəməsi haqqında

Şirvan İnzibati-İqtisadi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan iqtisadi və hüquqi statusundan asılı olmayaraq, şəxslər arasında yaranan inzibati mübahisələrə dair işlərə baxır.

Şirvan İnzibati-İqtisadi Məhkəməsinin yaradılması

Ölkə başçısının 2010-cu il 15 iyul tarixli Fərmanı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsi (keçmiş Şirvan Yerli İqtisad Məhkəməsi) yaradılmışdır. Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Ağcabədi rayonu
2. Ağsu rayonu
3. Astara rayonu
4. Beyləqan rayonu
5. Biləsuvar rayonu
6. Cəbrayıl rayonu
7. Cəlilabad rayonu
8. Füzuli rayonu
9. Hacıqabul rayonu
10. Xocavənd rayonu
11. İmişli rayonu
12. Kürdəmir rayonu
13. Laçın rayonu
14. Lerik rayonu
15. Lənkəran rayonu
16. Masallı rayonu
17. Neftçala rayonu
18. Saatlı rayonu
19. Sabirabad rayonu
20. Salyan rayonu
21. Şirvan şəhəri
22. Ucar rayonu
23. Yardımlı rayonu
24. Zərdab rayonu