SİNAM MMC regionda geniş miqyaslı İT-xidmətləri və məhsulları təklif edən aparıcı İT-şirkətidir. Elektron hökumət həllərinin provayderi və sistem inteqratoru kimi tanınan SİNAM aparat və proqram təminatı komplekslərindən tutmuş konsaltinq, dəstəkləmə və zəmanət xidmətləri də daxil olmaqla bütöv bir zənciri özündə birləşdirən istifadəyə hazır məhsullar təqdim edir. Hal-hazırda, SİNAM 200-dən çox əməkdaşa malik olmaqla yerli İKT bazarının liderlərindən biridir. SİNAM regionun ilk İT-şirkətlərindən biri olaraq 1994-cü ildə yaradılmışdır. O, 1998-ci ilin iyul ayından Amerika Ticarət Palatasının üzvüdür. SİNAM Azərbaycanın İKT sənayesini Avropanın ən böyük İKT sərgisində – Hannoverdə keçirilən CeBIT 2005 sərgisində təmsil edən ilk Azərbaycan şirkətidir. Şirkət çoxlu sayda beynəlxalq tədbir və sərgilərdə iştirak etmişdir. Bunlara Birləşmiş Ərəb Əmirliklərində GITEX (2006), Rusiyada ExpoCom (2006), Azərbaycanda BakuTel (2003), İsveçrədə ITU World Telecom (2009) daxildir. İki dekabr 2005-ci il tarixində SİNAM ISO 9001:2000 standartı üzrə sertifikasiyadan uğurla keçmiş və bu yaxınlarda bu sertifikasiyanı ISO 9001:2008 standartı ilə əvəz etmişdir. Şirkət durmadan fəaliyyət dairəsini genişləndirməkdədir. Getdikcə daha çox tenderlərdə qalib olaraq, SİNAM artıq Qırğızıstan və Gürcüstanda da beynəlxalq şöbələr yaratmışdır. Missiyamız... Transxəzər Regionunda İKT üzrə aparıcı şirkət olmaq, innovasiyalı və relevant İKT həlləri ilə bağlı təcrübəmizi iftixarla dünyaya yaymaq. Şirkətin fəaliyyəti regionun müxtəlif təşkilatlarında biznes proseslərinin effektivliyinin artırılması və optimallaşdırılması, eləcə də dövlət idarəçiliyinin və cəmiyyətdə informasiya mübadiləsinin təkmilləşdirilməsi istiqamətinə yönəldilmişdir.
SİNAM şirkəti Azərbaycanda informasiya texnologiyaları bazarının əsasını təşkil edən şirkətlərdəndir və 1994-cü ildən sözügedən bazarın liderlərindən biri hesab edilir. Şirkət Azərbaycan bazarında müasir informasiya texnologiyalarının və həllərinin təminatçısıdır. Şirkətin fəaliyyəti Azərbaycanın müxtəlif müəssisələrindəki biznes-proseslərin effektivliyinin artırılması və onların optimallaşdırılması, həmçinin dövlət idarəçiliyinin və yeni Azərbaycan cəmiyyətində informasiya mübadiləsinin təkmilləşdirilməsi istiqamətinə yönəlmişdir.
SİNAM - özünün texnologiya məhsullarını və həllərini tətbiq etməkdə unikal praktiki təcrübəyə malik olan peşəkarlar komandasıdır. Yüksək ixtisaslı mühəndisləri, proqramçıları, şəbəkə və telekommunikasiya sistemləri üzrə ekspertləri, menecerləri şirkətin intellektual potensialının əsasını təşkil edir. 30-dan artıq mütəxəssisimiz müvafiq təlimlər keçərək avadanlıq və proqram təminatı istehsalçıları tərəfindən sertifikatlaşdırılıb. Biz həmçinin gənc və təcrübəsiz mütəxəssisləri layihələrin erkən mərhələlərində onların icrası ilə əlaqədar işlərə cəlb edirik.
Sistem inteqrasiyası və proqramlaşdırma mərkəzi:
Bu şöbənin əsas fəaliyyət sahəsinə sistem inteqrasiyası, qabaqcıl informasiya texnologiyalarının istifadəyə verilməsi, ixtiyari avadanlıq platformaları və onlar əsasında qurulmuş şəbəkələr üçün proqram təminatlarının yaradılması və quraşdırılması, eləcə də müasir vasitələrdən istifadə etməklə sifarişçinin fərdi tələblərinə uyğunlaşdırılmış proqram həllərinin hazırlanması, veb-səhifələrin dizaynı və İnternetdə yerləşdirilməsi daxildir.
Texniki mərkəz:
SİNAM şirkətinin fəaliyyətinin digər əsas aspektlərinə kompüter və ofis avadanlıqlarına texniki dəstək göstərmək, zəmanət və zəmanətdən sonrakı dövrdə "qaynar xətt" rejimində texniki xidmət təmin etmək, lokal və qlobal hesablama şəbəkələri və strukturlaşdırılmış kabel sistemləri quraşdırmaq və onlara xidmət göstərmək daxildir. Şirkətin müştəriləri arasında dövlət orqanlarına, bank sektoru nümayəndələrinə, yerli və xarici şirkətlərə və eləcə də təhsil müəssisələrinə rast gəlmək mümkündür.
Azərbaycan Respublikasını kompüter və ofis avadanlıqları ilə təchiz edən bir sıra xarici şirkətlərin öz texnikaları ilə əlaqədar servis xidmətlərini SİNAM şirkətinə həvalə etməsi faktı şirkətin böyük nüfuzundan xəbər verir. Şirkətin mütəxəssisləri günün 24 saatı kompüter texnikasına, ofis avadanlıqlarına və şəbəkələrə xidmət göstərir.
Satış şöbəsi:
Şöbənin fəaliyyətinin əsas istiqaməti müştərilərini Avropa, Asiya və Amerikadan olan dünyanın aparıcı istehsalçılarının avadanlıq və proqram təminatı ilə təchiz etməkdir. Şöbə həmçinin avadanlıq və proqram təminatı təchizatı üzrə müxtəlif tenderlərə hazırlıq funksiyalarını da həyata keçirir. Şöbənin mütəxəssisləri təchizatçı tərəfdaşlarla qarşılıqlı əlaqələrin yaradılması və yeni müştərilərin cəlb edilməsi ilə məşğul olurlar.