Silver Style xəritədə

Silver Style

Bakı, Səbail rayonu, Xaqani küçəsi, 1 AZ1000 *** 4 səs

Silver Style haqqında

"Silver Style" müştərilərə qızıl, Gümüş qiymətli və yarı-qiymətli daşlardan eksklüziv zinyət əşyalarını təqdim edir.Dünya dizaynerlərdən zərgərlik mə`mulatlarının eksklüziv kolleksiyasına aid edilən qiymətli və yarımqiymətli metal və daşlardan hazırlanmış zinət əşyalarını sizə məhz Silver Style təqdim edir.Zərif və eleqant hədiyyələrlə ürəkləri fəth etmək mümkündür. Sevdiklərinizə qəlbinizin hərarətini hiss etdirəcək qədər yaxın olun.

Silver Style mağazalar şəbəkəsi

Zövqlü Gümüş zinət əşyaları ilə Silver Style mağazalar şəbəkəsi xidmətinizdədir.İtaliyan bəzək əşyalarının heyrətamiz dizaynı sayəsində, artıq Gümüş zinət əşyaları ikinci dərəcəli qiymətli metal kimi qəbul olunmur. Gümüş də qızıl kimi tələb olunan qiymətli metallardan sayılmağa başladı. Gümüş dəbli ağ rəngi və münasib qiymətinə görə istehsalçılar arasında sevimli qiymətli metal və alıcıların yüksək dəyərləndirdiyi zinət əşyasına çevrilmişdir. Son bir neçə ildə, metala həqiqi zinət əşyası görkəmini verən, Gümüşü dəb istiqamətinə və tanınmış zərgərlik brendlərinin tendensiyasına uyğunlaşdıran İtaliyan zərgərlərin səyi nəticəsində, Gümüş zinət əşyalarının dəbini kökündən dəyişib.

Gümüş zinət əşyaları

Artıq neçə ildir ki, dəb dünyası qızıl hərisliyinə tutulub. Lakin dizaynerlər yeni favoriti təqdim edən kimi sarı rəngli qiymətli metal dəbi azalmaga başladı. Təqdim olunan füsunkar gözəllik də qiymətli, parlaqlığı isə gözqamaşdırıcıdır. Sözü gedən favorit Gümüşdür. Gümüş 2015-cü ilin bütün kolleksiyalarında yer alıb: donlar, ətəklər, idman geyimləri, ayaqqabılar, aksessuarlar, bəzək əşyaları, makiyaj və manikurlər soyuq metal parlaqliğini özündə əks etdirir.Artıq Gümüş ən məşhur qiymətli metal pozisiyasında qızılın yerini tutur. Bahalılıq və parlaqliliq dəbi keçmişdə qalır. Onun yerinə sadəlik və eleqantlılıq dəbi gəlir. Məhz bu xüsusiyyətləri Gümüş təzahür edir. Gümüşdən olan zinət əşyaları ilə bütün obrazları tamamlamaq mümkündür: işgüzar görünüşdən sadə təvazökar görünüşə kimi. Ən vacibi zinət əşyası alarkən düzgün seçim etməkdir