Şirvanşah Restaurant xəritədə

Şirvanşah Restaurant

Bakı, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 86 AZ1000 *** 2 səs

Şirvanşah Restaurant haqqında

Sizi qədim Bakımızın köhnə küçələrindən birində yerləşən “Şirvanşah” muzey-restoranında salamlayırıq!XIX əsrin ikinci yarısına aid olan bu qədim məkana gələn hər bir qonaq Azərbaycanın müxtəlif bölgələrinin zəngin və ləziz mətbəxini dada biləcəkdir. Paytaxtımızın çox nadir muzey-restoranından biri olan “Şirvanşah” restoranında siz tanınmış musiqiçilərimizin, muğam ustalarımızın ifasında milli və etnik musiqidən zövq alacaq, Azərbaycan rəssamlarının müxtəlif illərdə yaratdıqları rəsm əsərlərini seyr edəcək, sənətkarlarımızın hazırladığı misgərlik, xalçaçılıq, zərgərlik nümunələri, bəzək və məişət əşyaları, eləcə də digər milli sənət nümunələrimiz ilə tanış olacaqsınız. Hər bir qonaq 100 il bundan əvvəlki, Azərbaycan məişəti, mədəniyyəti, incəsənəti haqqında kifayət qədər məlumat ala biləcəkdir.Bu qədim məkanda Siz dostlarınız, qonaqlarınız və ailə üzvləriniz ilə birlikdə rahat və zövqlə istirahət edə biləcəksiniz. Əminik ki, “Şirvanşah” muzey-restoranı Sizin ən sevimli istirahət yeriniz olacaqdır.