Şirin xəritədə

Şirin

Bakı, Bakıxanov qəsəbəsi, Sabunçu rayonu, Bəşir Bünyatov küçəsi, 17A AZ1040 *** 0 səs

Şirin haqqında

Şirin qənnadı fabriki 2006-ci ildə fəaliyyətə başlamışdır. Keçən bu dövr ərzində istehsal xətlərinin sayının artırılması və məhsul çeşidlərinin çoxalması Şirin MMC-nin daha da böyüməsinə gətirib çıxarmışdır.Şirin Qənnadı fabriki Avropanın qabaqcıl istehsal xətlərindən və eyni zamanda həmin istehsal xətlərində yüksək keyfiyyət göstəricilərinə malik olan xarici və yerli xammallardan istifadə edərək məhsullarını istehsal etməkdədir. Şirin MMC müştərilərinə yüksək keyfiyyətli çeşid qrupları təklif etməklə öz rəqabət üstünlüyünü daimi olaraq təmin edir.

Şirin Qənnadı Fabriki

Şirin Qənnadı Fabriki əldə olunmuş nəaliyyətlər ilə kifayətlənməyərək mütəmadi olaraq yeniliklər üzərində çalışır.Şirin Qənnadı fabriki həm ölkəmizdə, həm də ölkəmizdən kənardaki qida sərgilərində iştirak edərək məhsullarını təqdim edir və keyfiyyətimizin bariz nümunəsi kimi müxtəlif mükafatlara layiq görülür.“World Food Moskva 2013” qida sərgisində Şirin MMC-nin Femida məhsulu “İlin ən yaxşı məhsulu” naminasiyası üzrə qızıl medalla təltif olunmuşdur. Bununla yanaşı Şirin Qənnadı fabriki daxili bazarla kifayətlənməyərək xarici bazar müştəriləri üçün də öz məhsullarını təqdim etməkdədir.Şirin MMC Rusiya Federasiyasında və Mərkəzi Asiya ölkələrinin müştərilərinə öz məhsullarını təqdim etməkdədir.