Şərədil Otel xəritədə

Şərədil Otel

Ağsu aşırımı, Şamaxı AZ1000 *** 0 səs

Şərədil Otel haqqında

Otelə gedən yol məşhur Ağsu aşırımından keçir. Kompleks təbiətin qoynunda, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir, buradan dağlıq Şirvana füsunkar mənzərə açılır. Mərkəzin ümumi sahəsi 25 ha-dır. Əsas binanın birinci mərtəbəsində 120 yerlik, ikinci mərtəbəsində 150 yerlik restoran-bar fəaliyyət göstərir. İstirahət mərkəzində VİP otaqlar var. Ərazidəki 16 kotecdən 11-i üçotaqlı, qalanları isə ikiotaqlıdır. Həmçinin, qolf və voleybol meydançaları, tennis kortu var.