Şəki İnzibati-İqtisadi Məhkəməsi xəritədə

Şəki İnzibati-İqtisadi Məhkəməsi

Rəsulzadə küçəsi, Şəki, 6 AZ5500 *** 1 səs

Şəki İnzibati-İqtisadi Məhkəməsi haqqında

Şəki İnzibati-İqtisadi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan iqtisadi və hüquqi statusundan asılı olmayaraq, şəxslər arasında yaranan inzibati mübahisələrə dair işlərə baxır.

Şəki İnzibati-İqtisadi Məhkəməsinin yaranması

Məhkəmənin yarandığı tarix – 2007-ci il avqust ayı (əvvəlki adı – Şəki Yerli İqtisad Məhkəməsi).Şəki Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 632 m yüksəklikdə yerləşir. Qaçqın və məcburi köçkünlərin ümumi sayı 1712 ailə - 6868 nəfərdir.Həmsərhəd inzibati ərazi vahidləri: Oğuz, Qax, Yevlax rayonları və Mingəçevir şəhəridir.Şəki İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri:

1. Ağdaş rayonu;
2. Balakən rayonu;
3. Göyçay rayonu;
4. İsmayıllı rayonu;
5. Qax rayonu;
6. Qəbələ rayonu;
7. Mingəçevir şəhəri;
8. Oğuz rayonu;
9. Şəki rayonu;
10. Yevlax rayonu;
11. Zaqatala rayonu.

Şəki İnzibati-İqtisadi Məhkəməsinin Hakimləri və onların statusunun eyniliyi

Hakimlər ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir.Azərbaycan Respublikasının bütün hakimləri(məhkəmələrin sədrləri,sədr müavinləri, kollegiya sədrləri və hakimləri) işlərə baxarkən eyni statusa,hüquq və vəzifələrə malikdirlər və bir-birindən yalnız təyin olunma qaydasına, səlahiyyətlərinə və səlahiyyət müddətlərinə görə fərqlənirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda qəbul olunmuş qərarlardan başqa bütün digər kollegial məhkəmə qərarlarına görə onların qəbul olunmasında iştirak etmiş hər bir hakim (qərar qəbul edilərkən xüsusi rəy və ya belə qərarın əleyhinə səs vermiş hakim istisna olmaqla) eyni dərəcədə məsuldur.