"Şəffaflıq Azərbaycan" Korrusiyaya Qarşı Mübarizə İctimai Birliyi xəritədə

"Şəffaflıq Azərbaycan" Korrusiyaya Qarşı Mübarizə İctimai Birliyi

Bakı, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 16 AZ1065 *** 1 səs

"Şəffaflıq Azərbaycan" Korrusiyaya Qarşı Mübarizə İctimai Birliyi haqqında

Şəffaflıq Azərbaycan” 2000-ci ilin oktyabr ayında vətəndaş cəmiyyətinin və elmi dairələrin nümayəndələri tərəfindən təsis olunmuş və tam səlahiyyətli yerli bölmə kimi 2001-ci ilin oktyabrında Transparency International təşkilatı tərəfindən akkreditasiya olunmuş, 2006-cı ilin avqust ayında isə yenidən akkreditasiyadan keçmişdir. Biz, əsasən, ictimaiyyətin bilik səviyyəsinin artırılması, işgüzar etika sahəsində işləyir və Azərbaycanda korrupsiyanın səbəblərini, formalarını və bu təhlükəli ictimai fenomenin azaldılması yollarını araşdırırıq. Biz həmçinin korrupsiyanın şahidləri və qurbanları olan sıravi fiziki şəxslərə hüquqi yardım göstərir və hökumət strukturlarına siyasi və qanunvericilik aktlarının hazırlanmasında köməklik göstəririk.

Transparency International təşkilatı haqqında

Transparency International bütün dünyada korrupsiya qarşı mübarizədə aparıcı beynəlxalq qeyri-hökumət təşkilatıdır. Beynəlxalq katibliyi Berlin şəhərində yerləşən Transparency International təşkilatı dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri vasitəsilə həyata keçirilən antikorrupsiya fəaliyyətini əlaqələndirir. Bu bölmələr özlərinin siyasi xəttini müəyyənləşdirməkdə və fəaliyyətləri üçün maliyyə durumunun artırılmasında azad seçimə malik olan müstəqil yerli QHT-lərdir. Transparency International göstərilən prinsipi özünə rəhbər tutur: “Korrupsiya ölkənin xüsusi bir halı olduğundan, yerli təşkilatların fəaliyyəti göstərilən hər hansı xarici təsirdən və ya cəhddən daha effektli ola bilər.”