SerMar Ceramic xəritədə

SerMar Ceramic

Bakı, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, 7 AZ1000 *** 1 səs

SerMar Ceramic haqqında

Marmocer haqqında Dinamik inkişaf edən Azərbaycanın tikinti sektorunda bənzərsiz bir yeniliyin zamanı gəldi. Bu unikal texnologiya əsasında dəbdəbəli dekorativ dizaynda təqdim olunan Təbii Mərmərdir. Artıq bütün arzu və xəyallarınızı dünyanın ən möhtəşəm tikinti materialı olan Təbii Mərmərin üzərində gerçəkləşdirə bilərsiniz. Marmocer fabriki Çində 1999-cu ildə ekoloji təmiz keramika məhsullarının istehsalına başlamışdır. Bu gün şirkət təbii daşdan kompozit materialların istehsalında dünya lideridir. Dünyada artıq 100-dən çox tək brendli salonlarda Marmocer fabrikinin istehsalı olan məhsullar nümayiş etdirilir. Fabrikin adı iki söz birləşməsindən əmələ gəlmişdir - « marmo » - mərmər və « cer » - keramika . Onun əsas məhsulları - üst qatı 4 mm qalınlığında təbii mərmərdən və alt qatı 8 mm qalınlığında keramoqranitdən ibarət olan mərmər plitələrdir. Məhz bu komponentlərin birləşməsi nəticəsində mərmər plitələrin quraşdırılmasında asanlıq, istismarında isə daha da möhkəmlik keyfiyyətlərinə nail olunmuşdur. Möhkəmlik keyfiyyəti sayəsində təbii mərmərin müxtəlif növləri bir plitədə rəngarəng dekorativ elementlərin yaradılması ilə birləşdirilir. Marmocer kompozit materialları sahəsində fəaliyyətini quran ilk şirkət sayıla bilər. O, dünyada laylı mərmər və keramika istehsal xəttini yaradan ilk şirkət olmuşdur. Həmçinin, dövlət sifarişi əsasında kompozit materialları üzrə Çinin milli keyfiyyət standartları Marmocer şirkəti tərəfindən işlənib hazırlanmışdır. Bu Marmocer şirkətinin yüksək peşəkar səviyyəsini nümayiş etdirməklə bərabər müştərilər üçün zəmanət kimi çıxış edə bilər. 2012-ci ildə şirkətin istehsal həcmi 800 min kvadrat metr təşkil etdiyi halda 2014-cü il üçün bu rəqəm 2 milyon kvadrat metrdən artıq planlaşdırılır. Marmocer-in texnoloji xətti daim təkmilləşdirilir, istehsalda bütün konveyer xətti boyu avadanlıqlar yenilənir. Bunun sayəsində şirkət artan tələbata uyğun olaraq istehsal həcminin artırılmasına və daim keyfiyyətə nəzarətin təkmilləşdirilməsinə nail olur. Standart məhsul keyfiyyətinin və təchizatın davamlılığını qorumaq üçün Marmocer şirkəti Türkiyə, İtaliya, Fransa, Portuqaliya, İspaniya və İndoneziyadan olan xammal təchizatçıları ilə eksklüziv əməkdaşlıq şəbəkəsi qurmuşdur. Keyfiyyətli təbii xam daş blokları böyük miqdarda daim alınaraq Marmocer təchizat zənciri sistemində ehtiyat edilir. Şirkətin model sırasından həm divar, həm döşəmə üçün rəngarəng dizaynda mərmər plitələr seçə bilərsiniz. Bu məhsullar bütün sahələrdə - yaşayış və kommersiya binalarında, həm interyer həm eksteryer üçün nəzərdə tutulmaqla, zallarda, otaqlarda, dəhlizlərdə, hamam otaqlarında tətbiq olunmaqla ən ideal seçiminiz ola bilər. Marmocer istehsalı olan mərmər plitələr 300x600, 600x600, 800x800, 600x900, 600x1200 ölçülərində təqdim edilir.