Sərin Şadlıq Evi xəritədə

Sərin Şadlıq Evi

Bakı, Xətai rayonu, Babək prospekti, 65B AZ1000 *** 2 səs

Sərin Şadlıq Evi haqqında

500 nəfərlik təmtəraqlı, zəngin və yaraşıqlı dizaynı ilə “Sərin Şadlıq evi” həmişə toy, banket, konsert şənliklərinin ən çox tərcih edilən məkanlardan biri kimi Bakıda tanınır. Sərin Şadlıq evinin səhnəsindən nəinki Azərbaycanın, eləcə də dünyanın məşhur ulduzları gözəl proqramları ilə çıxış etmişlər.Bu konsertlərin, təqdimat mərasimlərinin daha da rəngarəng, daha da maraqlı və yaddaqalan olması üçün “Sərin Şadlıq evi”də texnologiyanın son möcüzələri, işıq, lazer, səs effekti aparatları mövcuddur.İstərsə ailə şənliklərini, istərsə də konsert proqramlarını dadlı, ləziz və zəngin süfrəsi ilə daha da təmtəraqlı edən isə “Sərin Şadlıq evi” nin 500 kv.m sahədə yerləşmiş, müasir avadanlıqlarla təchiz edilmiş mətbəxinin peşəkar aşpazlarıdır.

Sərin şirkəti haqqlnda

“Sərin” şirkəti 1989 cu il yanvar ayının 13 də Bakı şəhəri Nərimanov rayonunda qeydiyyata alınmışdır. Şirkətin əsas fəaliyyəti ərzaq və kənd təsərrüfatı mallarının alqı-satqısı, eləcə də ictimai iaşə xidmətindən ibarət olmuşdur. 1998 “Sərin “restoranı fəaliyyətə başladı. “Sərin” Hoteli isə öz fəaliyyətinə 24 avqust 2000-ci ildə başlayıb. Günümüzə qədər bir çox iqtisadi böhranlara sinə gərən “Sərin” şirkəti, bu gün də dövlətimizin xidmətində duraraq, yeni-yeni iş məkanları açmaqdadır. Bu isə əhalinin kiçik bir hissəsinin də olsa işlə təmin edilməsi deməkdir. Biz ümidvarıq ki, doğru, düzgün və şəffaf iqtisadi siyasəti ilə “Sərin” Şirkəti hələ neçə-neçə yeni proyektlərə imza atacaqdır.