SER-İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi xəritədə

SER-İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi

Bakı, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 194 AZ1065 *** 3 səs

SER-İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi haqqında

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (İRÖİB) 22.10.2009- cu ildə təsis edilmiş, 15.02.2010-cu ildə isə dövlət qeydiyyatından keçmişdir. Birliyin fəaliyyət predmeti və məqsədi ölkə iqtisadiyyatının inkişafına dəstək olmaqdır. Ətrafında gənc, peşəkar, xaricdə böyük təcrübə qazanmış ekspertləri birləşdirən birlik bir sıra yerli və beynəlxalq koalisiyaların üzvüdür:

  • Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası;
  • Azərbaycanın qeyri-hökümət təşkilatlarının Məsuliyyət Xartiyası;
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi Ali Təhsilin İslahatları üzrə Koordinasiya Şurasının Ali təhsilin İqtisadiyyatı Komissiyası;
  • Dünya Resurs İnstitutu (WRI);
  • Böyük Britaniya İqtisadi-Sosial Tədqiqatlar Konsulluğu (ESRC);
  • İRÖİB 17.09.2011 tarixində dünyanın 130 ölkəsindən 8700 şirkətin və QHT-nin təmsil olunduğu BMT-nin “Global Compact” sazişinə qoşulmuşdur;
  • İRÖİB 09.2012 tarixindən Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən Vətəndaş Cəmiyyəti Formuna qoşulmuşdur;
  • İRÖİB 05.10.2012 tarixində QHT əməkdaşlıq Alyansının üzvü olmuşdur, və s.

Məqsədi

  • Azərbaycanda maliyyə bazarının və idarəetmə sisteminin inkişafina dəstək göstərmək;
  • Respublikanın beynəlxalq iqtisadi qurumlara inteqrasiyasına kömək etmək;
  • Korporativ sosial məsuliyyət (KSM) prinsiplərinin Azərbaycanda genişləndirilməsinə çalışmaq;
  • Ölkədə bilik iqtisadiyyatının formalaşmasına öz töhfəmizi vermək.