Şəmkir rayon İcra Hakimiyyəti xəritədə

Şəmkir rayon İcra Hakimiyyəti

Sabir küçəsi, Şəmkir, 15 AZ5700 *** 0 səs

Şəmkir rayon İcra Hakimiyyəti haqqında

Şəmkir (1930-1991-ci illərdə Şəmkir rayonu) Respublikanın inzibati rayonu kimi 08.08.1930-cu ildə təşkil edilmişdir.Şəmkir şəhəri Şəmkir rayonunun mərkəzi olmaqla Bakı şəhərindən 399 km Dəllər dəmir yolu stansiyasından 4 km aralı Gəncə-Qazax düzənliyindədir.Şəmkir şəhəri Azərbaycanın qədim şəhərlərindədir. Qədim Şəmkir xarabalıqları Şəmkir çayının sol sahilindədir. Qala yerinin sahəsi 20 hektardır. XIX əsrin 1 yarısında çar hökümətinin icazəsi ilə Zaqafqaziyaya köçürülmüş, Alman kalonistlərindən bir qrupu Şəmkirdə məskunlaşmış və həmin dövrdə Şəmkir Aninno adlandırılmışdır. Şəmkir rayonunun şimal-şərq və mərkəzi hissəsi əsasən düzənlik cənub hissəsi isə dağlıqdır.

Şəmkirin tarixi

Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Orta əsr ərəb və fars mənbələrində Şəmkür, türk mənbələrində isə Şəmkür, Şəmkir kimi göstərilmişdir. 1924-cü ildə İstanbulda "Müxtəsər Azərbaycan tarixi" kitabını çap etdirən Zeynaloğlu bu adı aşağıdakı kimi izah etmişdir. Şəms-Günəş-Kür-Tapınan, yəni Günəşə tapınanlar yurdu deməkdir. Dilçi alim Cahangirov isə bu adı "Şamkür", yəni "Kür qırağı" kimi izah etmişdir. Şəmkir erkən orta əsr şəhərlərindəndir. Qədim Şəmkir şəhərinin xarabalıqları Şəmkir çayının sol sahilindədir. Şəhərin qala yerinin sahəsi 20 hektar olmuşdur. Şəhər qala yeri çayın sağ sahilində iki körpü vasitəsilə birləşmişdir. Bu körpünün qalıqları indi də qalmaqdadır. VII əsrin ortalarında Şəmkir ərəblər tərəfindən işğal olundu. Ərəb xəlifəsi Mütəvəkkilin şərəfinə Mütəvəkkilliyə adlandırıldı. Şəhərin adı sonralar özünə qaytarıldı.

Şəmkir haqqında yazan bütün tədqiqatçıların yekdil fikri belədir ki, şəhərin çiçəklənmə dövrü IX-XII əsrləri əhatə edir. Bu dövrdə Şəmkir səlcuqlar tərəfindən işğal olundu. X-XII əsrlərdə Şəmkir özünün yüksəliş dövrünü keçirirdi. XII əsrdə Eldəgizlərin hakimiyyəti dövründə Şəmkirə xüsusi diqqət yetirildi. XIII əsrdə monqol işğalçılarına qarşı qanlı döyüş gedən Azərbaycan şəhərlərindən biri Şəmkir olmuşdur. Şəhər əhalisi Bəhram hakimiyyətindən işğalçılara qarşı ciddi müqavimət göstərməyi tələb etmişdir. XVI əsrin əvvəllərindən Şəmkir mahalı Azərbaycanın Zülqədəz tayfa başçısının irsi hakimiyyətinə keçdi. Azərbaycanda xanlıqlar dövründə Şəmkir, Gəncə xanlığının tərkibində olmuşdur. 1803-cü ildə çar qoşunları tərəfindən tutulan Şəmkir Rusiyaya birləşdirildi.

1826-1828-ci illərdə, yəni sonuncu Rusiya-İran müharibəsinin qanlı səhifələrindən biri də Şəmkir yaxınlığında olmuşdur. 1826-cı il sentyabrın 3-də Şəmkir yaxınlığında baş vermiş döyüşdə çar qoşunları İran ordusunu məğlub etdi. XIX əsrin I yarısında çar hökumətinin icazəsi ilə Zaqafqaziyaya köçürülmüş alman kalonistlərindən bir qrupu Şəmkirdə məskunlaşdı. Həmin dövrdən Şamxor Anino adlandırıldı. 1918-ci il yanvarın 8-10-da Şamxor (indiki Şəmkir) stansiyası yaxınlığında Türkiyə cəbhəsindən geri qayıdan Rusiya hərbi hissələri tərk-silah edilmiş və bir çoxu güllələnmişdir. Bu hadisə tarixdə Şamxor hadisəsi kimi yadda qalıb. 1938-ci ildə şəhərin köhnə adı bərpa edildi. 1991-ci ildə isə yenidən Şəmkir şəhəri adlandırılmışdır.