Azərbaycan brendi "Sel Home" Selcan Aliyeva tərəfindən 2009-cu ildə yaradılmışdır. Hər bir modelin dizaynı sırf "Sel Home" üçün yaradılır. Bu modellərin hazırlanması Avropa və uzaq Şərqin fabriklerində həyata keçirilir. Şirkət öz fəaliyyətində aşağıdakı məqsədləri güdür: yüksək keyfiyyət, gözəl dizayn, sərfəli qiymət. Brendin ilk mağazası 2010-cu ildə Park Bulvar ticarət mərkəzində açılmışdır. Hal -hazırda bakıda 3 - Park Bulvar, 28 Mall və Azadlıq prostepktindəki mağazaları fəaliyyət göstərir. Bu brendi yaratmaqda məqsədimiz sizin evinizin interyerində rahatlıq və müasirlik yaratmaq olub. Brend ev interyeri - qonaq otağı, yataq, mətbəx və hamam otağı üçün əşyalar təqdim edir. Bununla yanaşı, süfrə dəsti, müxtlif qablar, şüşə əşyalar və s. vardır. "Sel Home" məhsulları keyfiyyət və müasir dizayn dəbini müasir qiymətlə birləşdirir.