Sədərək Ticarət Mərkəzi" 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlamış, sonradan şəhərdə aparılan tikinti və abadlaşdırma işləri ilə əlaqədar 2009-cu ilin aprel ayında Lökbatan qəsəbəsinə köçürülmüşdür.Sədərək TM şəhərdən 30 dəqiqəlik məsafədə İpək yolu şosesində yerləşir. Ticarət Mərkəzi topdan və pərakəndə satış mağazaları, anbarlar, Cargo terminalları, kafe, restoran və avtomobil park etmə dayanacağı ilə təchiz edilmişdir.