Bizim şirkətimiz öz yaranmasına görə fransız fiziki Konrad Şlümberje və onun qardaşı – mühəndis Marselin eksperimentlərinə borcludur. Həmin iki qardaş 1900-cü illərin əvvəllərində ilk dəfə nümayiş etdilər ki, yer səthində müqavimətin elektrik ölçülməsi ilə yerin altında olan mis və dəmir tipli mineral filizləri tapmaq olar. 1927-ci il üçün onlar artıq sübut etmişdilər ki, bu cür ölçmə metodları neftvermə formasiyaların identifikasiyası üçün quyunun lüləsində tətbiq oluna bilər. Beləliklə, kabel üzərində karotaj işıq üzü görde və təqribən 30 il ərzində bu, şirkətin əsas fəaliyyət istiqaməti idi.
1962-ci ildə "Schlumberger" şirkəti Nyu York Fond Birjasında qeydiyyata alınmış və o vaxtdan bəri ümumi illik gəlir 200 million dollardan 11 milliard dollara qədər yüksəlib. Bugün "Schlumberger" məlumat və enerji servisi şirkətinə doğru inkişaf edir. Şirkət bütün dünyada fəaliyyət göstərir və 900 struktur şöbələrinəmalik iri holdinqdir. Şirkət sifarişçinin effekivliyinin təhlükəsiz üsulla və ətraf mühitə minimum təsirlə artırılması üçün xidmətlər və sistemlər təklif edir. Dünyanın 100 ölkəsində fəaliyyət göstərərək, 60,000 əməkdaşımız arasında bütün millətlərə aid işçiləri ilə "Schlumberger" şirkəti fəal və təşəbbüskar peşəkarların həqiqətən də unikal qarışığını təmsil edir.
"Schlumberger" vahid təşkilati strukturu dəstəkləyir və yüksək demərkəzləşdirilmiş təşkilati vahidlərlə çalışır. Muxtariyyat və məsuliyyət müştəriyə daha yaxın yerləşən və yerli biznes-proseslərlə bağlı olan təşkilati vahidlərə ötürülür. Bu da bizim əməkdaşlarımıza kiçik şirkətin daxili işgüzar mühitinə xas olan üstünlüklər bəxş edir – məsuliyyətin yüksək dərəcəsi və iri beynəlxalq korporasiyanın texniki və maliyyə dəstəyinin mənfəəti ilə birgə təşəbbüs göstərmək şansıdır.