Sbarro Nəriman Nərimanov m. xəritədə

Sbarro Nəriman Nərimanov m.

Bakı, Nərimanov rayonu, Təbriz küçəsi, 106A AZ1000 *** 1 səs

Sbarro Nəriman Nərimanov m. haqqında

Hal-hazırda Sbarro çevik xidmət üzrə ixtisaslaşan və dünyada ən məhşur olan İtalyan restoranları şəbəkəsidir. Onun toplam satış həcmi ildə 600 milyon dollardan çox təşkil edir. Sbarro restoranlarını hər yerdə tapmaq olar: ticarət və biznes mərkəzlərində, ayrıca binalarda, universitetlərdə, xəstəxanalarda, vağzallarda, dəmiryol stansiyalarında və dünyanın bir çox hava limanlarında. Şirkət ABŞ-ın 48 ştatında və 35 xarici ölkədə 1200 restoranı idarə edir, o cümlədən Böyük Britaniyada, Kanadada, Rusiyada, İsraildə, Yeni Zellandiyada, Avstraliyada, Yaponiyada, Koreyada və bir çox digər ölkələrdə.Sbarronun baş qərargahı Nyu-Yorkun Melvil rayonunda yerləşir. Həmçinin Nyu-Yorkun Kommake rayonunda da inzibati mərkəz vardır. Bu mərkəz Sbarronun bütün dünya üzrə restoranlarının fəaliyyətinə rəhbərlik edir. Şirkətdə 35 min nəfərdən çox işçi işləyir. Sbarro dünyada ən iri işəgötürənlərdən biridir.

Françayzinq

700-dən çox Sbarro restoranı franşizaya malikdir. Geniş şöhrətə malik əmtəə nişanı və vahid biznes aparma standartları həm sahibkarlar, həm də dövlət üçün sabit və əlverişli olan iqtisadi modelin bariz bir nümunəsidir.Şirkət franşizanın potensial alıcısı kimi yalnız restoran biznesinin təcrübəli nümayəndələrini nəzərdən keçirir. Bu şirkətlər restoran sənayesinin xüsusiyyətlərini çox yaxşı bildiklərini nümayiş etdirməlidirlər, kommersiya lizinqində və ya daşınmaz əmlakla əqdlər həyata keçirilməsində təcrübəyə malik olmalıdırlar. Restoranlar şəbəkəsinin inkişafında namizədlərin özlərinin maraqlı olması, Sbarronun ailə ənənələrini davam etdirməyə can atmaları və yemək və servisin yüksək keyfiyyətdə saxlamaları mütləq şərt kimi qoyulur.Sbarro restoranlarının françayzinqi bütün dünyada şirkətin gələcək inkişafının əsas strateji elementidir.

Sbarronun gələcəyi

«Sbarro»nu parlaq gələcək gözləyir, —Sbarro Holdings şirkətinin rəhbərliyi hesab edir. — Bizim zəngin və layiqli tariximiz və ümidlər və böyük imkanlarla dolu gələcəyimiz var.Uğur üçün bizim hər şeyimiz var: ən yüksək keyfiyyətə malik məhsular, istedadlı menecer komandası, orijinal ideya, təcrübədən keçmiş biznes modeli və ailə ənənələrinə, reseptlərə və dəyərlərə sadiq üç nəsil.Biznesin aparılması üsulları, reseptlərimiz, restoranların dizaynı və inkişaf planı hesabına biz sabahımıza çox şey daxil edirik. Birinci olmaq bizim borcumuzdur. Bu sadə işdir. 30-dan çox dünya ölkəsində olan əməkdaşlarımızdan hər biri Sbarronun daimi uğurunun əsasını təşkil edən ideyalarımızın tərənnümçüsüdür. Bu ideyalar mükəmməlliyə, keyfiyyətə can atma və müştərilərimizin xüsusi dəyərə malik olmasından ibarətdir»