Sapphire Inn Hotel xəritədə

Sapphire Inn Hotel

Bakı, Səbail rayonu, Akademik Həsən Abdullayev küçəsi, 5 AZ1000 *** 1 səs

Sapphire Inn Hotel haqqında

Modern üslubda qurulan Sapphire Inn Hotel müasir rahatlıqların və yüksək səviyyəli xidmətin qovuşduğu məkandır. Qonaqların rahatlığı və xoş vaxt keçirmələri üçün otelimizdə hər bir şərait yaradılıb.Sapphire Inn Hotel şəhərin düz mərkəzində yerləşib və bu sizə vaxtınızı itirmədən şəhərin görməli yerlərini, ticarət və əyləncə, həmçinin biznes mərkəzlərini ziyarət etməyə imkan verəcək. Əgər yolunuz uzaqdırsa, onda biz sizə avtomobil icarə xidmətini və ya taksi sifarişi xidmətini təklif edə bilərik. Bundan başqa, biz sizə fərdi parkinq imkanını da təklif edə bilərik.

Otelin xidmətləri

Bizim dəbdəbəli nömrələr bütün müasir rahatlıqlarla təchiz edilib: kondisioner sistemi, kabel televiziyası, İnternet. Otelimizdə siqarət çəkən və çəkməyən qonaqların maraqları da nəzərə alınıb. Biz tərəfdən həmçinin otaqların 24 saat ərzində xidməti, camaşırxana və quru təmizləmə xidmətləri, parkinq xidməti, görüşlərin təşkili, restoran, bar və aromaterapiya kimi xidmətlər təqdim olunub. Konfrans və işgüzar görüşlərin keçirilməsi üçün isə otelimizdə Aksaray II konfrans zalı fəaliyyət göstərir.

  • Avtomobil xidmətləri
  • Bələdçi xidmətləri
  • İnternet xidmətləri
  • Otaqların təmizlənməsi
  • Camaşırxana xidmətləri
  • Otaq xidməti

Otaqlar

Sapphire Inn Hotel 47 geniş otaqlardan ibarətdir. Onlardan 20-si biznes, 12-si delyuks, 15-i isə ailəvi delyuks nömrələrdir.Otelimizin nömrələrində iki və daha çox qonaqların yerləşdirilməsi mümkündür. Otelimizdə həmçinin siqarət çəkən və çəkməyən qonaqların maraqları da nəzərə alınıb. *Hər nömrə ikiyataqlı çarpayı, həm duş kabini, həm də vanna ilə təchiz edilmiş hamam otağı, yazı masası, stullar, yumşaq mebel, LCD televizoru, kondisioner sistemi, İnternet, internetə simli və simsiz qoşulma imkanı, telefon, seyf və mini-barla təchiz edilib.