Samsung Service Plaza Azerbaijan - Samsung brendli mobil qurğulara xidmət üzrə firma xidmət mərkəzidir. Bu, Samsung Electronics şirkətinin Azərbaycandakı rəsmi distributoru İntegral şirkətinin və Samsung şirkətinin Azərbaycandakı nümayəndəliyinin birgə layihəsidir.
Layihə, 16 ilə yaxındır ki, mobil rabitə bazarında fəaliyyət göstərən Integral şirkətinin servis bazasında yaradılmışdır.
Mütəxəssislər komandası Moskvanın səlahiyyətli servis mərkəzlərində təlim keçmiş və fəaliyyət göstərdikləri illər ərzində GSM standartlı telefonların bütün modellərinin təmiri sahəsində böyük təcrübə toplamış ən yüksək səviyyəli peşəkarlardan ibarətdir və onlar daima yeni texnologiyaları öyrənir və yenilikləri izləyirlər. Brendin avtorizasiyası üzrə Qafqaz mərkəzləri arasında “Samsung” altıncı (ən yüksək) səviyyəyə malikdir.Samsung Service Plaza daima xidmətin innovasiyalı formatını tətbiq etməklə Samsung texnikası sahiblərinə göstərilən xidmətin keyfiyyətinə böyük önəm verir.Samsung Service Plaza – Samsung mobil qurğularına xidmət üzrə infrastrukturu, şirkətin məhsullarının nümayiş etdirilən zonasını və həmçinin onların satışını bir araya gətirən kompleks layihədir.
Servis mərkəzinin mühəndisləri konsultasiya keçirir, müxtəlif növ Samsung texnikalarına zəmanət və zəmanətdən sonrakı xidməti, eləcə də ekspress-təmir xidmətlərini göstərir. İndi, yeni Plazada istənilən smartfona servis xidməti elə müraciət edilən gün göstəriləcək: müştəri həm vaxtına qənaət etmiş olacaq, həm də servis mərkəzinə iki dəfə getmək zərurətindən azad olacaq. Yeni Plazaya baş çəkən müştərilər Samsung şirkətinin ən yeni smartfonlarının geniş çeşidi, portativ foto-, video- və audiotexnika ilə tanış ola və hətta onları yerində sınaqdan keçirə biləcəklər.