Salam Aleykum ailə üçün xüsusi günlər, iş görüşləri, romantik şam yeməyi, uşaq bayramları üçün ideal məkandır. Buradakı son dərəcə gözəl və zəngin dad palitrası ilə zəngin xörəklərdən, heç olmasa, bir dəfə dadan şəhərimizin sakinləri və qonaqları istedadlı aşpazlar tərəfindən bəxş edilən kulinariya dünyasına səyahəti unutmayacaqlar. Bəs, bu sirr nədədir? Zəngin menyu, xörəklərin hazırlanmağı üçün yalnız ən təzə ərzaqlar və qədim Azərbaycan ənənələri ilə təmizlənmiş sudan istifadə, peşəkar aşpazların istedadı, zalların sirli Şərq üslubunda tərtibatı, keyfiyyətli qulluq və münasib qiymətlər - Salam Aleykum restoranının sirri məhz bundadır.
Salam Aleykumda təkrarolunmaz üslub, gözəl interyer, ən dadlı xörəklər, bayram ab-havası, xoşrəftar personal və əla qulluq özünə yaxşı yox, ən yaxşı restoran axtaran hər kəsi gözləyir. Məğrur xalqın mötəbər mədəniyyət və ənənələrinə toxunmaq xoşbəxtliyi bunun nəsib olduğu insanların xatirəsində uzun müddət qalır.«Salam Aleykum» yalnız səs-küylü, şən ziyafət və banket zalından ibarət deyil. Restoranımız yaxınlar və kiçik ətrafla sakit, səmimi nahar və şam yeməyi istəyinizi də nəzərə alıb. Ailə cütlükləri və sevgililərin xidmətinə onların təklikdə qalaraq, yaxın qəlblərinin birliyini hiss edə bilmələri üçün altı kabinet təklif edirik.
Salam Aleykumda alkoqollu içkilərin olmamağı restoranımızın çatışmazlığı deyil, üstünlüyüdür. Bir çoxları, sözsüz, bu iddiaya heyrətlənəcək, lakin burada məhz alkoqollu içkilərin olmamağı sayəsində yaxın dostlar, qohumlar və tanışlar görüşdən xüsusi sevinclə ayrılacaqlar. Biz onların bu sevincini alkoqol sərxoşluğuna dəyişmirik. Buna görə də ziyarətçilərimizin keçirdikləri bütün emosiyalar həqiqi və səmimidir. «Salam Aleykum» halal, sağlam və dadlı qida təklif edən restorandır, çünki qonaqlarımız bizim üçün qiymətlidir.Restoranımızda hökm sürən sehrə toxunmaq və ya onu bir daha hiss etmək istəyirsiniz? - Biz yeni və daimi qonaqlarımızı görməyə hər zaman şadıq. Sizə xeyir, sülh və dadlı qida diləyirik!