Əsrlər boyu Azərbaycanın şimal-şərq hissəsi Avropa və Yaxın Şərq arasında qapı funksiyasını yerinə yetirib. Burada, möhtəşəm Qafqaz Dağlarının kölgəsində görülməmiş gözəlliklər gizlənir. Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz dağ gölləri və kanyonlar, bitki və heyvan aləminin ekoloji xəzinəsi. Bu, bütün cah-calalı ilə Şahdağdır.
İl boyu idman və istirahətə çox əlverişli iqlimi olan Şahdağın -20°C soyuq qışı +20°C isti yay axşamları ilə əvəzlənir. Bura, regionun ən böyük xizək kurortunun yerləşdiyi, dünyanın ən böyük milli parklarından biri üçün müqayisə olunmaz bir məkandır. Heyrətamiz gözəl, zamandan gizlədilmiş cənnət olan Şahdağ, insanlara tezliklə unudulmayacaq bir təəssürat baxışlayır.