Saf Su xəritədə

Saf Su

Bakı, Yasamal rayonu, Şərifzadə küçəsi, 67A AZ1000 *** 0 səs

Saf Su haqqında

"SafSU" – sağlamlıq üçün faydalı bulaq suyudur. Bunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş gigiyenik standartlara uyğun sertifikatlar sübut edir. Su həyatın mənbəyi və əsasıdır. Məhz bu baxımdan içdiyimiz və qidaların hazırlanmasında istifadə etdiyimiz su sağlamlığımızın başlıca meyarıdır. Bakı şəhərində yerləşən SafSu satış məntəqəsi həyata keçirdiyi fəaliyyət baxımından yeganədir. Burada əhaliyə təqdim olunan su Şahdağın ətəklərindən qaynaqlanan təbii bulaq suyudur. Su Almaniyada istehsal edilmiş xüsusi paslanmaz çənlər vasitəsilə Bakıya gətirilir. Burada dünyanın lider istehsalçılarının avadanlıqlarının yardımı ilə ozonlaşdırılır, yumşaldılır və filtrlərdən keçirilir. Bundan sonra insan əli dəymədən qida üçün yaralı qablara doldurulur. Saf Su bütün lazımi standartlara cavab verən, sağlamlığınız üçün faydalı bulaq suyudur. Bunu Saf Su-ya verilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gigiyena və Epidemiologiya mərkəzinin gigiyenik sertifikatı, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət agentliyinin uyğunluq sertifikatı təsdiq etməkdədir. Saf Su adı qədər təmiz su.