Saf-Med Məhdud Məsuliyyətli Cəmiyyəti 2005 ci ilin may ayından fəaliyyət göstərir.Cəmiyyətin Klinika Şöbəsi müasir avadanlıqlarla təhciz olunmuş gigyenik şəraitə uyğun stomatoloji və sterilizasiya kabinetlərindən ibarətdir.Şirkətimiz stomatoloji qurğu, alət və avadanlıqların, işlək materialların satışınl təşkil edir. Eyni zamanda zəmanətlə stomatoloji servis xidməti göstərir.Çox qısa müddətdə şirkətimizdə fəaliyyət göstərən laboratoriyada profesional mütəxəsislərin köməyi ilə keyfiyyətli, hər növ protezlərin hazırlanmasına nail olmuşuq.Cəmiyyətiimiz daim yeniliklər axtarışındadır. Beləki bir sıra xarici ölkələrdə- Almaniya, İtaliya, Türkiyə, Rusiya, Çin, İran və s. keçirilən stomatoloji sərgilərdə müntəzəm olaraq iştirak etmiş və orada olan hər bir stomatoloji yenilikləri tətbiq etməyə çalışırıq.2007 ci ildən Moskvada DENTAL SALON, DENTAL EXPO və MOSEXPODENTAL stomatoloji sərgilərdə ilk dəfə olaraq Azərbaycandan bizim şirkətimiz stent alaraq iştirak etmişdir.
Stomatologiyanın son nailiyyətlərindən biri olan metalsız və yarımmetal ilə keramika qapaqları da labaratoriyamızda kefiyyətli hazırlayıb zamanət veririk. Bügel konstruksiyalı protezlər gigiyenik, çeynəmə effekti, protezə uyğunlaşma baxımından çox əlverişlidir. Gizli açarların köməyi ilə bu növ protezlərdə estetik tələbatlar da ödənilir. Klinikamızda belə protezlər yüksək səviyyədə hazırlanır. Geniş çeşidli materiallardan iştifadə olunmaqla sərfəli qiymətlərlə çıxan protezlər hazırlanır. Göstəriş olan halda protezlərin damağa oturan hissəsi yumşaq materiallardan düzəldilir. Bu da öz növbəsində protezə ağrısız və tez uyğunlaşmanı təmin edir. Eyni zamanda son illərin nailiyyəti olan Flexite və Valplast firmasının materiallarından hazırlanan elastik-sınmayan protezlərin də kefiyyətli düzəldilməsinə zəmanət veririk.
Kəskin diş ağrıları ilə müraciət edən pasientlər tam ağrısız şəkildə yüksək keyfiyyətli, zəmanətli müalicə ala bilərlər. Bundan ötrü klinikamız hər cür avadanlıqlarla (kompüterləşmiş rentgen aparatı, davamlı şüa plombları və s.) təchiz edilmişdir. Şüşə lifli ştiftlərin üstünlüyü onların sınmamazlığına, şəfaflığında, işləmə texnologiyasının rahatlığındadır. Ön dişlərin tam və mikro bərpasında şüşə lifli ştiftlərin istifadəsi əvəz edilməzdir. Şüşə lifli lentaların tətbiqi nəticəsində yandakı dişlər yonulmadan bir dişin bərpası pasient üçün həm maliyyə tərəfdən həmdə dişlərinin sağlam qalması cəhətdən faydalıdır. Bir dişin bərpası iki üsulla yerinə yetilirilir. Birinci - həkim ağızda lentadan istifadə edərək özü bərpa edir. İkinci - laboratoriya üsulunun ilk tətbiqi Azərbaycanda bizim laboratoriya tərəfindən yerinə yetirilmişdir.