Riyad Pharm Aptek 20 Yanvar m. xəritədə

Riyad Pharm Aptek 20 Yanvar m.

Bakı, Yasamal rayonu, Şərifzadə küçəsi, 241 AZ1000 *** 1 səs

Riyad Pharm Aptek 20 Yanvar m. haqqında

Riyad-Farm MMC Azərbaycan Respublikasının əczaçılıq bazarında ən qabaqcıl distribütorlardan biridir.Riyad-Farm dünyanın aparıcı beynəlxalq əczaçı şirkətləri ilə bağladığı birbaşa müqavilələr əsasında dərman vasitələrini Azərbaycan bazarına gətirən ən böyük idxalçılardan biridir. Şirkət 1998-ci ilin mart ayında təsis edilmişdir. 2003-cü il aprel ayının 1-i Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Üzrə Bakı Bölgə Şöbəsində «Dövlət qeydiyyatı»na alınmışdır.

Riyad-Farm şirkətinin fəaliyyəti

Şirkətin əsas fəaliyyəti Amerika, Avropa və Müstəqil Dövlətlər Birliyi ölkələrinin qabaqcıl əczaçılıq zavodlarından dərman vasitələrinin və tibbi ləvazimatların Respublikaya idxalı və topdansatışını həyata keçirməkdir. Şirkətimiz topdansatış əczaçılıq fəaliyyətini həyata keçirmək üçün Amerika və Avropa dövlətlərinin aparıcı əczaçı şirkətləri ilə 186 kontrakt, Müstəqil Dövlətlər Birliyi ölkələrinin müəssisələri, əsasən də Rusiya dövlətinin müəssisələri ilə 116-dən çox uzun müddətli kontraktlar bağlamışdır.

«Riyad-Farm» MMC Bakı şəhəri və Respublikanın rayonlarında yerləşən xəstəxana və aptek məntəqələri ilə sıx əməkdaşlıq edir. Bunun üçün 5000-ə yaxın dərman preparatı və tibbi ləvazimatları öz müştərilərinə təqdim edir.Şirkətin gələcək planlarına Azərbaycanda müasir tələblərə uyğun, satıcılıq qabiliyyəti yüksək olan dərman preparatlarının istehsalına başlamaq və respublikamızın bütün regionlarında, hətta ucqar dağlıq rayonlarda da şirkətin filial və apteklərinin açılmasına nail olmaq daxildir.

Şirkətin nailiyyətləri

Şirkətin gələcək planlarına Azərbaycanda müasir tələblərə uyğun, satıcılıq qabiliyyəti yüksək olan dərman preparatlarının istehsalına başlamaq və respublikamızın bütün regionlarında, hətta ucqar dağlıq rayonlarda da şirkətin filial və apteklərinin açılmasına nail olmaq daxildir. Şirkətimiz 2005-2009-ci illərdə biznes sahəsində qazandığı uğurlara görə MDB-nin və Avropa İttifaqının «Qızıl Medal» mükafatına , 2008-ci ildə Əczaçılıq sahəsində «İlin şirkəti» adına və s. mükafatlara layiq görülmüşdür. Sirkatimizin aldigi mukafatlar: Şirkətin imkanları və iş bacarığı ildən ilə artır.

Marketinq şöbələri, filial və aptek şəbəkələri genişlənir. Bunun nəticəsində satış şöbəsi mal dövriyyəsini artırır. Keyfiyyətlilik göstəricisi də öz növbəsində günün 24 saatı ərzində daxil olan bütün sifarişləri vaxtlı vaxtında keyfiyyətlə sifarişçilərə çatdırır. İşçi qüvvəsinin və texnikaların yerli yerində olması dövriyyənin birbaşa da olmasa dolayı yolla mal dövriyyəsinin, satışın artmasına gətirib çıxarır. Bütün bunlar lazımi miqdarda ixtisaslı kadrların, keyfiyyətli işçilərin yerli yerində olmasının nəticəsində əldə olunur. Şirkətin 2414 işçisi vardır.