C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası xəritədə

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası

Bakı, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 203 AZ1000 *** 2 səs

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası haqqında

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 1928-ci ildən fəaliyyət göstərir. Kitabxana 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyır. Kitabxana 9 şöbədən ibarətdir. Kitabxana fondu klassik və müasir Azərbaycan, dünya ədəbiyyatı, lüğət və ensiklopediyalarla, dərsliklərlə, elmi-populyar və məlumat ədəbiyyatları ilə daim zənginləşdirilir. Kitabxananın fondu ümumilikdə 132 min 399 nüsxə ədəbiyyat təşkil edir. Gənclər Kitabxanası statusunu daşıyan kitabxananın oxucu kontingentini əsasən 14-21 yaş həddində gənclər təşkil etməklə yanaşı, çoxsaylı istifadəçilərin arasında müəllimlər, tərbiyəçilər, müxtəlif sənət, peşə adamları, qulluqçular, təqaüdçülər də vardır.

2014-cü ildə kitabxana 13 min 503 nəfər oxucuya xidmət göstərmişdir.2015-ci il 01 yanvar tarixinə olan məlumata görə kitabxananın fondunda 132 min 399 nüsxə kitab, 2 min 382 CD və DVD vardır. Kitabxnanın Elektron kataloquna 11 min 900 kitab, 186 CD və DVD daxil edilmişdir. Elektron kitabxanada olan kitabların sayı 200 yaxındır.

Kitabxananın tarixi

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 1928-ci ildə yaradılıb. Yarandığı ilk illərdə kitabxana az miqdarda kitab fondundan və cəmi bir xidmət şöbəsindən ibarət idi. 1937-ci ildə kitabxanaya müasir Azərbaycan dramaturgiyasının banilərindən biri olan C.Cabbarlının adı verilib. 1976-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 05 fevral 1976-cı il, 34 nömrəli əmri ilə kitabxanaya gənclər kitabxanası statusu verilmişdir.

Kitabxanın fəaliyyəti

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası müstəqillik illərində Azərbaycan mədəniyyətinin inkişafı və mədəni sərvətləri mühafizə edərək gələcək nəsillərə çatdırılması, bir çox dünya kitabxanaları ilə əlaqələrin genişləndirilməsi və onların iş təcrübələrinin öyrənilməsi istiqamətində daim addımlar atır.C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası öz fəaliyyətini beş istiqamətdə həyata keçirir:

  • Dövlətin kitabxana siyasəti, vəzifələri və onun icrası
  • Kitabxana işinin aktual texnoloji inkişafı və informasiyalaşması
  • Beynəlxalq təcrübə mübadiləsi və təşəbbüslərin inkişaf etdirilməsi
  • Oxucu-kitabxana əlaqələrinin inkişaf etdirilməsi
  • Kitabxananın bütün fəaliyyət istiqamətlərinin elmi əsaslar üzərində təşkili

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası respublikanın şəhər və rayon İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sisteminin istifadəçisi olan kitabxanalar üçün metodiki mərkəz funksiyasını həyata keçirir və hal-hazırda bu istiqamətdə öz fəaliyyətini genişləndirir. Kitabxanaların avtomatlaşdırılması, kitabxanaçıların kompüter biliklərinin artırılması, respublika kitabxanalarında əhalinin hüquqi-informasiya tələbatının müasir tələblər səviyyəsində ödənilməsi kitabxananın qarşısında duran başlıca məsələlərdən biridir.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdində 2013-cü ilin fevral ayında Respublikada ilk Toplu Kataloq və AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzinin (www.azlibnet.az) yaradılması Azərbaycanda kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində ilk təcrübə olmaqla yanaşı, kitabxanalarda biblioqrafik yazıların bir mərkəzdən idarə edilməsi və təkrarçılığın aradan qaldırılmasını təmin edir. Onun prioritet istiqamətlərindən biri kitabxanalarda elektron informasiya resurslarının yaradılması və onların istifadəçilərə təqdim olunması, eləcə də qlobal informasiya şəbəkələrində kitabxanaların korporativ işinin təşkilidir.