Respublika Seysmoloji Xidmət Mərkəzi xəritədə

Respublika Seysmoloji Xidmət Mərkəzi

Bakı, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, 25 AZ1001 *** 1 səs

Respublika Seysmoloji Xidmət Mərkəzi haqqında

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaranmasının tarixi mərhələləri olmuşdur. 1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələdən sonra Nobel qardaşlarının təşəbbüsü ilə Azərbaycan ərazisində üç yerdə seysmik stansiyalar quraşdırılmış və bununla da instrumental müşahidələrə başlanılmışdır. Keçmiş sovetlər birliyi zamanı uzun müddət Azərbaycanda müstəqil seysmoloji xidmətin fəaliyyətinə icazə verilməsə də, 1979-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına və Milli Elmlər Akademiyasının sərəncamına əsasən AMEA Geologiya İnstitutunda “Geofizika” Elmi Mərkəzində Təcrübi-Metodiki Geofizika Partiyası yaradılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01. 09.1998-ci il tarixli 179 saylı və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17.12.1998-ci il tarixli 22/2 saylı qərarları ilə TMGE-yə 1999-cu ildən AMEA - nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi statusu verilmişdir.Hazırda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Azərbaycan ərazisində seysmoloji, geofiziki və geokimyəvi kompleks tədqiqatlar aparılır. RSXM - in hazırda MDB məkanında ən müasir “Kinemetrics” tipli telemetrik peyk rabitəsi ilə işləyən seysmik stansiyaları vardır.

Seysmoloji Xidmət Mərkəzinin fəaliyyəti

Respublika Seysmoloji Xidmət Mərkəzində aparılan işlər nəticəsində alınan məlumatlardan təkcə istehsalat məqsədi ilə deyil, elmi - tədqiqat araşdırmaları zamanı da istifadə edilməkdədir.Mərkəz 20 - dən artıq xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlıq edir. Dörd mühüm beynəlxalq seysmoloji təşkilatın – Birləşmiş Seysmoloji Tədqiqatlar İnstitutu (İRİS) ABŞ, Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi (ORFEUS), Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) və Avropa Seysmoloji Komissiyasının (ESC) üzvüdür.AMEA nəzdində RSXM-də elmi tədqiqatlar əsasən üç istiqaməti əhatə edir:

  • Respublika ərazisinin seysmikliyinin, zəlzələlərin kinematik və dinamik parametrlərinin öyrənilməsi;
  • Geofiziki və geokimyəvi sahələrdəki seysmoanormal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks tədqiqi;
  • Geodinamiki tədqiqatlar (GPS) ;

Mərkəzdə Seysmoloji tədqiqatlar 35 telemetrik seysmik stansiyalardan ibarət müşahidə şəbəkəsi əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir, dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riski qiymətləndirilir, iri tikinti obyektləri sahələrinin seysmikliyi tədqiq edilir.Geofiziki və geokimyəvi stansiyalar şəbəkəsi vasitəsilə geomaqnit sahəsi gərginliyinin, ağırlıq qüvvəsi və qravitasiya potensialin ikinci tərtib törəməsinin variasiyaları araşdırılır.