Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası 1936-cı ildən fəaliyyət göstərir. Bu 77 illik fəaliyyətində xəstəxana dəfələrlə təmir olunub yenilənmişdir. 100 çarpayılıq 3 şöbə ilə fəaliyyətə başlasa da hazırda ümimi çarpayıların sayı 1890 çarpayı olmaqla 30 şöbə ilə fəaliyyət göstərir. Xəstəxanamızın 6 qadın, 12 kişi, 4 vərəm, uşaq, yeniyetmə, infeksion, heronlotoji, qəbul, gündüz stasionarı şöbələri xəstələrlə yüksək səviyyədə xidmət göstərir. Eyni zamanda xəstəxanamızda müalicə olunan xəstələr arasında 300-dən çox sosial əlaqələrini itirmiş xəstələrə sahiblik edir.
Xəstəxanamızın fəaliyyətində müalicə ilə yanaşı həkimlərimizin peşəkarlıq səviyyəsini artırılması da ön plandadır. Belə ki, həkimlərimiz Rusiya, Türkiyə və bir çox Avropa ölkələrində dəfələrlə təkmilləşdirmə kursları keçmiş, konfrans və simpoziumlarda iştirak etmişlər. Bununla yanaşı bir çox dünyanın aparıcı klinikalarının professor və həkim heyyəti xəstəxanamıza dəvət olunmuş və elmi-praktik konfransları təşkil olunmuşdur. Xəstəxanamız son 2008-2013-cü illərdə tam əsaslı təmir olunmuş və müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuşdur.
1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında aparılan müalicələr müasir müalicə prinsiplərinə arxalanmaqla yeni diaqnostik-instrumental (EEQ, UZİ, EKQ, rəqəmsal rentgen müayinə, laborator və s.), klinik sorğu və digər metodlardan istifadə etməklə dəqiq diaqnoz qoyulub xəstələrin psixiatrik yönümlü müalicəsi başlanır. Eyni zamanda xəstəxanamızda xəstələrin psixatrop müalicəsi ilə yanaşı, onların digər somatik xəstəliklərinın də müalicəsi ön plandadır. Bunun üçün xəstəxana yeni müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş və digər diaqnostika məsələlərində yarana biləcək çətinliklər aradan qaldırılmışdır.
Əsas privat (ixtisaslı) müalicə etaplarla xəstənin psixi durumuna əsasən əvvəl stasionar şəraitdə, xəstənin durumu stabilləşdikdən sonra gündüz stasionarı, reabilitasiya şöbəsində davam etdirilir. Xəstəxanada alınan kompleks müalicədən sonra xəstə yaşadığı ərazi üzrə psixiatrik kabinetlərdə, dispanser şöbələrində müalicəyə göndərilirlər. Xəstənin anamnestik məlumatları, psixi durumu və aldığı müalicələr haqda ətraflı məlumat həmin sahə həkimləri, psixiatrlara göndərilən xəstəlik tarixindən çıxarışda öz əksini tapır və bu da sonrakı davamlı müşahidə və müalicə üçün çox vacibdir.