İİV –insanın immunçatışmazlığıvirusudur.İİV insanımüxtəlif infeksiyalardan vəbədxassəli şişlərdən qoruyan immun sisteminətəsir göstərir.İİV immun sisteminin müəyyən(CD4 adlanan) hüceyrələrini zədələyir. CD4 hüceyrələrinin qanda miqdarının azalması immun sisteminin zədələnmə dərəcəsi və xəstəliyin mərhələsi haqqında məlumat verir. İİV-infeksiyası ləng gedən infeksiyalarına aiddir.İİV-ə yoluxmadan sonra ilk illər ərzində insanın immun sistemi virusa qarşı müqavimət göstərə bilir.Yoluxma anından, spesifik kliniki əlamətlarin birüzə verilməsinə qədər olan dövr bir neçə il (orta hesabla 6-10 il) davam edə bilər.
İİV-lə yaşayan bəzi insanlarda, klinik əlamətlər hətta 20 və daha çox il aşkar olunmur. Xəstəliyin gedişi bir çox amillərdən: orqanizmin ümumi vəziyyatindən, müvafiq olaraq - immun sisteminin vəziyyətindən, həyat tərzindən, zərərli vərdişlərin olub-olmamasından və ümumiyyətlə insanın öz həyatına və diaqnozuna münasibətindən asılıdır.Zaman keçdikçə virusun və orqanizmin mübarizəsi immun sistemin zəiflənməsinə gətirib çıxarır və opportunistik adlanan bir çox infeksiyalara (vərəm, pnevmosist pnevmoniya və s.) və bədxassəli şişlərə (sarkoma Kapoşi, limfomalar) qarşı insanın həssasığı artır.AİDS/QİÇS - Qazanılmış İmmunçatışmazlığı Sindromudur.QİÇS diaqnozu İİV- müsbət insana o zaman qoyulur ki, onda CD4 hüceyrələrinin miqdarı o səviyyəyə qədər azalır ki, xəstəliyin kliniki əlamətlari opportunistik infeksiyalar yaxud onkoloji xəstəliklər şəklində aşkar olunur.