Respublika Diaqnostika Mərkəzi xəritədə

Respublika Diaqnostika Mərkəzi

Bakı, Yasamal rayonu, Tbilisi prospekti, 147 AZ1122 *** 4 səs

Respublika Diaqnostika Mərkəzi haqqında

RDM həqiqətən Bakıda yerləşən ən yaxşı çoxprofilli tibbi mərkəz və klinikalardan biridir. Həmçinin, bu klinika Bakının ən yaxşı özəl klinikalarından biri olub, yüksək səviyyədə təchiz edilmiş, ən müasir cihazlara malik laborator və diaqnostik mərkəzdir. RDM paytaxtın bütün sakinləri və qonaqlarına ən yüksək tələb və standartlara cavab verən tibb xidməti ilə təmin olunmasına imkan verir. Klinikamızın xəstələrinə lazım olan istənilən müayinə, analiz və ya prosedurları biz müstəqil şəkildə, digər tibb mərkəzləri və ya laboratoriyalara müraciət etmədən apara bilirik. Bu yolla biz həm də, xəstələrimizin vaxtına və maddi vəsaitinə qənaət etmiş oluruq. Uğurlu müalicə üçün isə zaman amili hədsiz dərəcədə əhəmiyyətlidir!

Respublika Diaqnostika Mərkəzinin xidmətləri

Mütəxəssislərimizin geniş və rahat kabinetləri, öz stasionarımızın komfortlu palataları, poliklinika şöbəsi, ən müasir diaqnostik cihazlarla təchiz olunmuş radiologiya şöbəsi, ISO 15189 sertifikasiyasından keçmiş müasir laboratoriya, klinikanın ərazisinin mühafizə edilməsi və qapalı avtomobil dayanacağı klinikamızın hədsiz üstünlüklərindəndir. Lakin, bizim tərəfimizdən göstərilən xidməti şəhərin əksər digər klinikaları üçün əlçatmaz edən ən əsas amil bizim mütəxəssislərimizdir!RDM-də ən yaxşı həkimlər çalışır! Tibbi personalımız istər Rusiyada, istərsə də, Avropa və ABŞ-da əldə edilmiş mükəmməl nəzəri biliklərə və ən zəngin praktik təcrübəyə malikdir. Həkimlərimizin hər biri öz sahəsinin həqiqi peşəkarıdır. RDM-in istisnasız bütün mütəxəssisləri öz ixtisasını daim, həmçinin xarici ölkələrdə artırır və bunun sayəsində dünya təbabətinin ən son nailiyyətlərini tətbiq edirlər.