Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi-nin 1992-ci il 24 fevral tarixli 139- XII nömrəli qərarı ilə yaradılmışdır.Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respubli-kasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və digər mərkəzi icra haki-miyyəti orqanları arasında gündəlik əlaqə-lərin təmin edilməsini həyata keçirən dövlət orqanıdır.Daimi Nümayəndəlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, bank hesabla-rına, üzərində dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.Daimi Nümayəndəliyin saxlanma xərcləri və fəailiyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir.
Daimi Nümayəndəliyin fəaliyyət istiqamətləri
- Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respubli-kasının müvafiq dövlət orqanları arasında əlaqələri təmin edir;
- Azərbaycan Respublikasının müvafiq dövlət orqanla-rında Naxçıvan Muxtar Respublikasına aid sosial-iqtisadi inkişaf və material-texniki təchizat proqramlarının, dövlət büdcəsinin və digər məsələlərə dair layihələrin hazırlan-masında və baxılmasında iştirak edir;
- Naxçıvan Muxtar Respublikasının elmi müəssisələri, yaradcılıq və digər ictimai təşkilatları ilə Azərbaycan Respublikasının müvafiq müəssisə və təşkilatları arasında əlaqə-lərin yaradılmasında və genişləndirilməsində iştirak edir;
- Naxçıvan Muxtar Respublikasında təsərrüfat və sosial mədəni quruculuqda əldə edilmiş naliyyətlərin təbliğinə yönəlmiş tədbirlərin (sərgilər, ekspozisyalar, mühazirələr, kinofilmlərin nümayişi, yaradıcılıq kollektivlərinin çıxışları) təşkilinə və keçirilməsinə köməklik edir;
- Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı və ictimai–mədəni prosesləri haqqında kütləvi informasiya vasitələrinə məlumat verir;
- qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.