Berlin-Chemie SC-nin Azərbaycandakı Nümayəndəliyi xəritədə

Berlin-Chemie SC-nin Azərbaycandakı Nümayəndəliyi

Bakı, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 AZ1000 *** 1 səs

Berlin-Chemie SC-nin Azərbaycandakı Nümayəndəliyi haqqında

Berlin-ChemieSC-nin Azərbaycandakı nümayəndəsi MenariniGroup-un filialı olan BERLIN-CHEMIE-nin adından təmsil olununur. Menariniqrupu uzun illər İtalyan əczaçılıq bazarında aparıcı mövqeyə malik olmuşdur. 1886-ci ildə yaradılmış və baş qərargahı Florensiya şəhərində olan Menarinişirkəti nəsillər boyu inkişaf etdirilərək qlobal, öz sahibi tərəfindən idarə olunan əczaçılıq şirkətinə çevrilmişdir. Menariniiki strateji məqsədi daşıyır: tədqiqat və beynəlmiləlləşmə. Hər iki məqsəd dünyada pasientlərin məmnun qalması üçün innovativ məhsulların uğurla istifadəsini mümkün edir. Menarini Group səmərli və güvənli partnyor kimi məşhur reputasiyaya malikdir. Bu, həm yeni dərmanların inkişafına, həm də elmi baxışların ötürülməsinə aiddir. Berlin-Chemiehəmçinin düşüncənin bu partnyor yönümlü istiqamətindən də faydalanır. Biz davamlı şəkildə öz tərəfimizdən qrup strategiyaları hazırlayırıq.

Berlin-Chemie Azərbaycan

Berlin-Chemie / AG Menarini şirkətinin Nümayəndəliyi Azərbaycanda 20 noyabr 1998-ci ildə qeydiyyata alınmışdır və on üç il fəaliyyəti dövründə ölkənin əczaçılıq bazarında uğurlu nailiyyətlər əldə edə bilmişdir. Şirkətin bu gün ki, uğuru çətin və keşməkeşli bir yoldan keçib: fəaliyyətimizin ilk mərhələsində Nümayəndəlikdə fəaliyyət göstərən işçilərin sayı on nəfərdən az təşkil edirdi. Lakin bu gün şirkətdə 40 nəfərdən artıq peşəkar bir heyət uğurla çalışır. İşçilərin yüksək peşəkarlığı uğurlu inkişafın əsası və fəaliyyətimizin ən dəyərli göstəricilərindən biridir.

Şirkət, ilk növbədə işçi peşəkarlığının səmərəli inkişafına və təcrübəli kadrlar seçiminə istiqamətləndirilmiş siyasət kursunu tutaraq, ilk növbədə cəmiyyətdə insan faktoruna önəm verdiyini daim vurğulayıb. Biz, sabahkı uğurun əsas potensialını şirkətimizdə çalışan hər bir fərdi insanda görüb, onun teoretik və professional biliklərinin təkmilləşməsini şirkətin gələcək inkişafının mütləqi təminatlarından sayırıq. Unutmayaq ki, hər bir uğurlu şirkətin təməlində yaradıcı və zamanı qabaqlaya bilən bir heyət dayanmalıdır. İlkin mərhələdə, heyətin əsas məqsədi səhiyyə xidmətləri sisteminin inkişafı, milli mentalitetə əsaslanan mövcud infrastruktur, iqtisadi vəziyyət və həmçinin Nümayəndəliyin Dövlətin müəyyən etdiyi qanunvericilik çərçivəsində fəaliyyətinin tənzimlənməsi xüsusiyyətləri ilə tanış etməkdir.

Berlin-Chemie şirkətinin fəaliyyəti

Şirkətin güclü fəaliyyəti və yüksək ixtisaslı kadrların bir araya gəlməsi nəticəsində “Berlin-Chemie” / AG Menarini şirkətinin məhsulları ölkənin demək olar ki, 80% ərazisini əhatə etməyi bacarmışdır. Nümayəndəliyin fəaliyyəti son 4 il ərzində əhəmiyyətli dərəcədə artmışdır. Bu dövr “Berlin-Chemie” / AG Menarini şirkətinin Azərbaycan Nümayəndəliyinin fəal bərpa mərhələsi kimi xarakterizə etmək olar.

“Berlin-Chemie” / AG Menarini şirkətinin yüksək keyfiyyətli məhsulları və işçi heyətinin təşviqi bacarıqları “Siofor” və ”İnfesol” preparatlarını Azərbaycan Dövlət Proqramları tərəfindən təsdiq olunan Dərman Preparatları Siyahısına əlavə olunmasına imkan yaratdı; “Berlipril”, “Nebilet” və “L-Tiroxin” preparatları isə endokrinologiya və kardiologiya sahəsinin “Milli Protokollarında” (“National Guidelines”) mühüm yerlərdən birini tutmuşdur.İşçi heyətinin həmrəyliyi, yüksək komanda ruhu, əczaçılıq şirkətlərinin arasında ön sıralarda durmaq ambisiyası və müasir Azərbaycanın inkişaf tempinə uyğun inkişaf etmək istəyi, bizə bu yüksək zirvəni fəth etməyə imkan yaratdı.

Səhiyyəyə xidmət edən innovasiya

Berlin-Chemie Almaniyanın Tədqiqat əsaslı Əczaçılıq Şirkətləri Assosiasiyasının üzvü olaraq innovasiyaya xidmət edir. Bizim tədqiqatımızın əsas məqsədi xəstə insanlara kömək etmək üçün və onlara yüksək keyfiyyətli həyat təklif etmək üçün yeni dərmanların yaradılmasıdır.
Berlin-Chemie -nin Tədqiqat və İnkişaf Bölməsi beynəlxalq MENARINI Tədqiqat qrupunun bir hissəsidir. Xüsusi cəhət yeni fəal maddələrin kimyəvi analitik inkişafı, doza formalarının farmakoloji inkişafı və kliniki tədqiqatdır.Bizim tədqiqatımız aşağıdakı sahələr üçün innovativ dərmanların inkişafına yönəlib:

  • İltihablı xəstəliklər və ağrı
  • Ürək-damar xəstəliləri
  • Onkologiya
  • Virus xəstəlikləri
  • Dərman inkişafının ilkin fazalarına BERLIN-CHEMIE-nin işçiləri rəhbərlik edirlər.