Repharma xəritədə

Repharma

Bakı, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 19 AZ1100 *** 1 səs

Repharma haqqında

Azərbaycanın ilk əczaçılıq şirkətlərindən biri olan “Repharma” 2001-ci ildə fəaliyyətə başlamışdır. "Repharma"nın əsas məqsədi dərman preparatlarını Azərbaycanın əczaçılıq bazarına təqdim etmək, həkimlərin göstərişi ilə geniş xalq auditoriyasına çatdırmaqdır.İlk dəfə iyirmi nəfərlik işçi heyəti ilə fəaliyyətə başlayan “Repharma”şirkəti, bu gün bütün Azərbaycan ərazisini əhatə etməkdədir. Mərkəzi ofisi Bakı şəhərində yerləşən “Repharma” şirkətininin, hal-hazırda Azərbaycanın regionlarında filialları fəaliyyət göstərməkdədir.

Repharma şirkətinin fəaliyyəti

“Repharma” şirkəti partnyorların seçiminə çiddi yanaşaraq, yalnız istehsal texnologiyası GMP- standartlarına uyğun və öz ölkələrində nüfuz qazanmış zavodlarla əməkdaşlıq edir. “Repharma” şirkəti Türkiyənin - “Biofarma", "Toprak İlac", "Münir Şahin”, Almaniyanın – “Cefak”, İtaliyanın –“ESİ”, İspaniyanın –“Uriach”, Misirin –“Pharco” kimi şirkətləri ilə sıx əməkdaşlıq edir. Daimi inkişaf strategiyasına uyğun olaraq, “Repharma” şirkəti partnyorlar sayını artırmaq üçün mütəmadi danışıqlar aparır.Azərbaycanın əczaçılıq bazarında ilk üçlükdə yer alan “Repharma” şirkəti bütün naliyyətləri, yüksək ixtisaslı və peşəkar personalın səyi nəticəsində əldə etmişdir.

Repharma şirkətinin əsas missiyaları

Əsas devizi- "Keyfiyyətli dərman - daha sağlam yaşam"! olan “Repharma” şirkəti hər zaman preparat seçimində yüksək keyfiyyətə üstünlük verir.
“Repharma” şirkətinin beş əsas dəyəri vardır : HÖRMƏT, BAĞLILIQ, DAIMI INKIŞAF, INTIZAM, FƏRQLILIK.Hər bir “Repharma”çı bu beş dəyər prinsiplərinə uyğun şəkildə fəaliyyət göstərirlər. Öz iş keyfiyyətini hər zaman təkminləşdirən “Repharma” şirkəti 2008-ci ildə İSO- Sertifikatını almışdır. “Repharma” şirkəti dinamik inkişaf edən və bütün növ əməkdaşlığa hazır olan əczaçılıq şirkətidir.

  • Azərbaycan dərman bazarını keyfiyyətli dərman preparatları ilə təmin etmək.
  • Geniş həkim auditoriyasına çatdırmaq.
  • Əhalinin sağlam yaşam tərzinə öz töhfəsini vermək.