Renessans Palace xəritədə

Renessans Palace

Bakı, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 576 AZ1073 *** 0 səs

Renessans Palace haqqında

Renessans Palace ən yüksək yaşam standartlarına cavab verməklə “ev” anlayışına yeni məna qatan premium səviyyəli və neoklassik üslubda tikilən yaşayış kompleksidir. Rahat həyat şəraiti üçün tamamilə bütün şərtlər təmin edilib. Renessans Palace YK 4 binanı əhatə edir. Kompleksin ümumi sahəsi 2,67 hektardır. Yaşayış mərtəbələrinin hündürlüyü 3,45 metrdir.Binalar monolit dəmir-beton karkas texnologiyası ilə tikildiyi üçün 9 ballıq zəlzələyə davamlıdır.

"Renessans Palace"-ın xidmətləri

Açıq rənglərlə işlənmiş və izolyasiya edilmiş fasad neoklassik üslubunda olan binanın əzəmətli görünüşünü vurğulayır, eyni zamanda ilin hər fəslində mənzillərdə rahat hava şəraitini təmin edir.Ərazinin abadlığı, dizayn, zəngin infrastruktur avropa səviyyəsində rahat şəhər yaşayış zonasının yaradılması ideyasına tabe olur. Sakit və rahat yaşam üçün lazım olan hər bir amil bu kiçik və rahat dünyada mövcuddur.Premium səviyyəli yaşayış standartlarına uyğun olaraq kompleksin tərkibində 1537 avtomobil üçün yeraltı parkinq mövcuddur. 3.30 – 5,00 m hündürlükdə olan 3 mərtəbəli yeraltı dayanacaq sizi park etmə problemlərindən tam azad edəcək.

Hazırda Bakı şəhərində yaşam üçün olan ən nüfuzlu və cəlbedici evlər Yasamal rayonu ərazisində yerləşdiyi hesab olunur. Mütəxəssislərin rəyinə əsasən ən az yeraltı təkanlara məruz qalan, zəlzələyə davamlı zonalardan biri də Yasamal rayonudur. Məhz bu səbəbdən bu ərazidə tikilən komplekslər ən təhlükəsiz hesab edilir.Bundan əlavə Yasamal rayonunun şəhər mərkəzinə yaxın ərazidə yerləşməsi və şəhərdən bir neçə çıxış yolunun ərazidə olması nisbətən sərbəst hərəkət etməyə və tıxacdan yayınmağa imkan verir.