Qarşısına müştərilərini ən son texnologiya ilə digital dünyada böyük nailiyyətlərə çatdırmağı məqsəd qoymuş Interactive Media onlayn marketinq sahəsində yüksək dərəcədə ixtisaslaşmış bir şirkətdir.
Məqsədimiz bu sahədə Azərbaycanın ən güclü şirkəti olmaqdır.
Müştərilərimizin onlayn kampaniyalarını idarə edən əməkdaşlarımız Avropada və başqa xarici ölkələrdə onlayn marketinq sahəsində iş təcrübələri toplamış və xidmət göstərdikləri ayrı-ayrı reklamlar üzrə sertifikatlı peşəkarlardan ibarətdir.
Müştərilərimizə təklif etdiyimiz xidmətlərə bir sıra kanallarda və platformalarda onlayn reklamların təşkil olunması, reklamların performans analizi, istifadəçi davranışının izlənilməsi, veb saytların analizi, yaradılması və s. daxildir.
Interactive Media xidməti ən son texnologiyanın tətbiqi ilə yanaşı, şəffaf iş prosesi, daimi müştəri əlaqəsi və reklamların göstərdikləri performansa dair mütəmadi məlumatın verilməsi ilə seçilir.