Real Tibb Mərkəzi xəritədə

Real Tibb Mərkəzi

Bakı, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 55 AZ1119 *** 1 səs

Real Tibb Mərkəzi haqqında

2006-cı ildə fəaliyyətə başlayan tibb ocağımız bu 6 ildə xeyli dəyişib – həm yaşca, həm “boyca”. 6 il əvvəlki ilə müqayisədə həm xidmətlərimizin çeşidi, həm də pasientlərimiz xeyli artıb. Bu günkü internet səhifəmizin meydana gəlməsi zərurəti də bu səbəbdən yarandı. Razılaşarsınız ki, sağlamlıq müəssisəsi olaraq xidmət etdiyimiz əhali ilə daha yaxın ünsiyyət qurmaq baxımından müasir dövrdə internetdən daha münasib vasitə tapmaq çətindir.

Real Tibb Mərkəzinin xidmətləri

Real Tibb Mərkəzi olaraq hazırki dövrdə yüksək səviyyədə tibb xidməti göstərmək üçün yüksək ixtisaslı, təcrübəli həkimlərin olması ilə yanaşı, yüksək texnologiyaların da tətbiqinin vacibliyini başa düşərək, klinikamızın inkişafında hər iki amili əsas tutmağa çalışırıq və bu səylərimiz öz nəticəsini verməkdədir.Digər mühüm amil isə dünya tibb elmindən, yeni müayinə və müalicə üsullarından, iri Elmi Tədqiqat İnstitutlarının yeniliklərindən vaxtında xəbər tutmaq və tətbiq etməkdən ibarətdir -Sübutlara Əsaslanan Təbabətin (Evidence Based Medicine) nailiyətlərindən bəhrələnmədən, bu günkü informasiya bolluğunda geniş əhalinin etimadını qazanmaq mümkün deyil.