Ramada Plaza Gence xəritədə

Ramada Plaza Gence

Nizami küçəsi, Gəncə, 237 AZ1000 *** 0 səs

Ramada Plaza Gence haqqında

Həcminə görə Gəncə Azərbaycanın ikinci və Zaqafqaziyada dördüncü ən böyük şəhərdir. Bu görkəmli şair Nizami Gəncəvinin vətəni və 2500 illik tarixə malik qədim mədəniyyətin abidəsidir. Şəhər şərqlə qərbi birləşdirən qədim ipək yolu üzərində yerləşir. Şərqdə ilk müasir parlament respublikası 1918-ci ildə Gəncədə yaradılmışdır.

Ramada Plaza Gəncə İsirahətin ünvanı

Ramada Plaza Gəncə Beynəlxalq Hava limanından cəmi 10 dəqiqəlik məsafədə, Gəncənin müasir ticarət və istirahət mərkəzində yerləşir. Otel qədim ipək yolunun bir hissəsi olan Bakı-Tbilisi şosesində yerləşir və 2010-cu ildə təxminən 23.000 m2 sahədə tikilmişdir. O, artıq Azərbaycanda qonaqpərvərliyin göstəricisinə çevrilmişdir.