Dəmir yolu, hava və su nəqliyyatı obyektlərində cinayətkarlığa və digər hüquqpozmalara, eləcə də Xəzər dənizi hövzəsində, respublikanın çaylarında, göllərində və digər su tutarlarında ekolojı cinayətlərə qarşı mübarizəni, içtimai qaydanın qorunmasını və içtimai təhlükəsizliyi, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirən müstəqil struktur hissədir.1918-ci il iyunun 25-də Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan Demokratik Respublikası) hökumətinin qərarı ilə ölkə ərazisindəki bütün dəmir yollarının mühafizəsi Daxili İşlər Nazirliyinin sərəncamına verilmiş və bu işin həyata keçirilməsi məqsədilə nəqliyyatda polis qurumları yaradılmışdır