Rahimoff Studio xəritədə

Rahimoff Studio

Bakı, Xətai rayonu, Xocalı prospekti, 37 AZ1025 *** 0 səs

Rahimoff Studio haqqında

Web - Əsasən korporativ, promo və e-kommersiya tipli websaytların yaradılması və texniki dəstəklənməsi üzrə fəaliyyət göstəririk. Websaytları yaradan zaman, korporativ üsluba uyğun individual dizayn hazırlanır, standartlara uyğun statik kodlaşdırılır və proqramlaşdırılır. Təhlükəsizlik qaydalarına xüsusi riayət edilir. Məlumatların rahat interfeys vasitəsilə idarə edilməsi üçün hazırlanan saytlar administrator paneli ilə təchiz edilir. Hazır CMS-lərdən (joomla, wordpres və s.) istifadə edərək websaytların proqramlaşdırması xidməti göstərmirik. Göstərdiyimiz xidmətlər lüğətində "çətinlik" sözü mövcud deyil. Yalnız zaman az sərf edilən və ya çox sərf edilən layihələr olur. Mobil - IOS, Android və digər əməliyyət sistemləri üçün mobil tətbiqetmələrin hazırlanması xidmətini göstəririk. Tətbiqetmələr müştərinin tam istəklərinə görə sıfırdan proqramlaşdırılır. Hazırlanan tətbiqetmələr planşetlərə (iPad və s.) uyğunlaşdırılır.