Quba rayonu icra hakimiyyəti xəritədə

Quba rayonu icra hakimiyyəti

Heydər Əliyev prospekti, Quba AZ4000 *** 1 səs

Quba rayonu icra hakimiyyəti haqqında

Quba rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşir. Rayon ərazisində 16 tibb müəssisəsi, 194 mədəniyyət ocağı fəaliyyət göstərir.Zəngin tarixə və füsunkar təbiətə malik Quba rayonu Azərbaycanın şimal şərqində Quba-Xaçmaz iqtisadi rayonunun tərkibində yerləşir. Quba ərazisinə görə Azərbaycanın ən böyük rayonudur. Rayonun ərazisi dünyanın 27 ölkəsindən böyükdür. Quba rayonunun Buduq inzibati ərazi vahidliyinə daxil olan Yalavanc kəndindən Xəzərə, dünya okeanına isə Volqa-Don kanalı və Volqa-Baltik su yolu ilə bilavasitə çıxışı var.

Quba rayonunun tarixi

Yaşı ilk orta əsrlərə gedib çıxan Qubanın tarixi haqqında qədim alban və ərəb mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində bu və ya digər şəkildə bəhs olunmuşdur. Belə ki, Peyğəmbərimizin Məkkə şəhəri ətrafında tikdiyi ilk məscidin adı Quba adlanır.XI əsrdə Azərbaycan hakimi Anuşirəvanın tikdirdiyi qalanın adı "Bade-Firuzqubat" idi,XII əsrə aid ərəb mənbələrində Quba "Kuba" kimi göstərilirdi, XIII əsrdə ərəb alimi Həməvinin coğrafiya lüğətində Azərbaycan şəhərləri arasında "Kubba" da vardır, XVI əsrin səfəvi qaynaqlarında isə Quba "Qübbə" kimi verilmişdir.Bəzi mənbələrdə Qudyalçayın adı ilə bağlı olub Quda adlanır.

Quba şəhərinin ilk təməl daşı XIV əsrdə qoyulmuşdur.XVIII əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının mövqeyi artmışdır. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına daxil edildi. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi.

Quba rayonu Azərbaycanın ən çox inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biridir. Burada yetişdirilən meyvə və tərəvəz məhsulları paytaxt bazarlarına aparılır, yerli konserv sənayesi müəssisələrində emal edilir, həmçinin başqa ölkələrə ixrac olunur. Quba rayonunda yetişdirilən meyvə və tərəvəz növlərinin çox olmasına baxmayaraq "Quba meyvəsi" dedikdə ilk növbədə alma yada düşür. Zəngin floraya malik olan Quba rayonu həm də dərman bitkilərinin geniş spektri ilə təmsil olunmuşdur. Burada yemşan, ardıc, pişikotu, andız, dəvədabanı, effedra və bir sıra başqa dərman bitkiləri yetişdirilir.