Qaşaltı Sanatoriyası xəritədə

Qaşaltı Sanatoriyası

Şirvan prospekti, Naftalan, 12 AZ1000 *** 1 səs

Qaşaltı Sanatoriyası haqqında

Qaşaltı sanatoriyası Azərbaycan Respublikası Naftalan şəhərində yerləşir. Naftalan şəhəri Kiçik Qafqazın dağətəyi bölgəsində yerləşir. Şimali Şərqdən 70-80 km məsafədə üfiqi bağlayan Əsas Qafqaz Aralığı uzanır. Qərbdən 30-35 km uzaqlıqda Kiçik Qafqaz Aralığı ilə əhatə edilir. Naftalan şəhərində əksəriyyəti şam ağaclarından ibarət yaşıl parklar salınmışdır, abadlaşdırma işi davam etməkdədir. Şimal tərəfdən Əsas Qafqaz Aralığı, cənubdan və cənubi qərbdən isə Kiçik Qafqaz dağların arktik (şimaldan) və digər soyuq hava kütləsinin qarşısını alması nəticəsində burada mülayim hava şəraiti hökm sürür.

Qaşaltı sanatoriyası Naftalanda

Yay aylarında havanın temperaturunun yüksək olması ilə yanaşı nisbi rütubətin aşağı olması dərinin artıq isinməsinin qarşısını alır və nəmin dəri üzərindən buxarlanma prosesinin intensivləşməsini təmin edək müsbət təsir göstərir. Naftalan şəhərində külək istiqaməti əsasən musson xarakterlidir. Küləklərin orta sürətinin artması ilin isti fəsillərində soyutmanı artırır və nəticədə digər kurort şəhərlərdə olan iqlimdən daha komfortlu olur. İl ərzində aydın günlərin sayı yüksəkdir. Qış aylarında 40-50 gün, yaz aylarında 40-60, yay aylarında 60-120, payız aylarında 40-80 gün təşkil edir. Nəticə olaraq, Naftalan kurort şəhərinin iqlimi yüksək termiki, zəif nəmləndirmə, havanın quruluğu, yüksək aerasiya və insolyasiya ilə fərqlənir. Naftalan şəhərinin iqlimi bir sıra xəstəliklərin müalicəsində yüksək təsir göstərir:

  • Sümük oynaq sisteminin xəstəlikləri
  • Dəri xəstəlikləri
  • Periferik damar xəstəlikləri
  • Sinir sisteminin xəstəlikləri
  • Cərrahiyyə əməliyyat sonrası reabilitasiya
  • QBB orqanlarının xəstəlikləri
  • Ginekoloji xəstəliklər
  • Uroloji xəstəliklər
  • Stomatoloji xəstəliklər
  • Proktoloji xəstəliklər

Aprel –Sentyabr ayları ərzində yüksət termik şəraitə baxmayaraq insan orqanizminin qızması müşaidə edilmir. Hava temperaturunun, rütubətin və hava hərəkətinin optimal kombinasiyası nəticəsində dəri üzərindən buxarlanma və bədənimizin kifayət qədər yaxşı dərəcədə soyuması baş verir. Kurortun iqlim şəraiti ilin bütün mövsümlərində tibbi xidmət göstərməyə uyğundur, və yüksək terapevtik nəticə verir.

Naftalan Qaşaltı sanatoriyasına Qəbul qaydaları

Sanatoriyanın qəbul şöbəsi 24 saat işləyir. Müraciət edən qonaq özü ilə şəxsiyyətini təsdiq edən sənəd, hər hansı müəssisə və ya sığorta şirkəti tərəfindən verilmiş sanatoriyaya göndəriş vərəqəsi (əgər varsa), sanator-kurort karta (əgər varsa) gətirməli və təqdim etməlidir. Uşaqlar üçün isə doğum haqqında şəhadətnamə, epidçevrə haqqında arayış təqdim edilməlidir.

Naftalan Qaşaltı sanatoriyasına Necə getməli

Qaşaltı Sanatoriyası yerləşdiyi Naftalan şəhəri Bakıdan avtomobil yolu ilə 330 km, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərindən isə 45 km uzaqlıqda yerləşir. Avtobusla Bakı şəhərindən Gəncə istiqamətinə gedən nəqliyyat vasitəsinə oturaraq Goran stansiyasına, oradan isə mikroavtobus və ya taksi ilə 20 km məsafəni qət edərək Naftalan şəhərinə varmaq olar. Gəncə şəhərindən isə sərnişin nəqliyyat vasitəsi ilə birbaşa Naftalana və ya Goranboy şəhərinə oradan isə mikroavtobus və ya taksi vasitəsi ilə Naftalan şəhərinə getmək olar. Dəmir yolu vasitəsi ilə isə Bakıdan və ya Gəncə şəhərindən Goran Stansiyasına oradan isə mikroavtobus və ya taksi ilə Naftalan şəhərinə getmək olar. Xaricdən gələn qonaqlar üçün ən yaxın yol Gəncə beynəlxalq hava limanına oradan isə ictimai nəqliyyat və ya taksi vasitəsi ilə Gəncə şəhərinə oradan isə yuxarıda göstərilən hər hansı yolla Naftalana çatmaq olar. Müqavilədən asılı olaraq Gəncə hava limanından birbaşa Qaşaltı Sanatoriyasına çatdırılma və yolasalma xidməti də təşkil oluna bilər.