Qartal Tikinti Firması xəritədə

Qartal Tikinti Firması

Sumqayıt, Koroğlu prospekti, 278/48 AZ5011 *** 1 səs

Qartal Tikinti Firması haqqında

Hündürlükdə işlər, telekommunikasiya obyektlərinin tikintisi və xüsusi təyinatlı obyektlərin tikintisi üzrə Qartal Tikinti Firmasi Azərbaycan inşaat bazarında lider firmadır. Firmanin əsas məqsədi tikdiyi obyektləri müasir beynəlxalq və yerli standardlara uyğun keyfiyyətlə tikmək, tikdiyi obyektlərin memarlıq həllində əsas stil tikilən obyektlərdə çalışanlar üçün işgüzar atmosfer yaratmaq, gələnlərə xoş əhval-ruhiyyə aşılamaq, komfort və rahatlığı təmin etməkdir. Məğrurluq və ucalıq rəmzini daşıyan Qartal Tikinti Firması yüksək yer tutmaq üçün yaradıcılıq əzmi ilə çalışır. Bu əzmkarlıq məntiqi təsdiqini firmanın fəaliyyətində tapmışdır. Firma işçilərinin gərgin əməyi nəticəsində Azərbaycanda və respublikadan kanarda tikdiyi modern obyektlərin və müasir texnolojı qurğuların sayı ildən ilə artır. Firmanın əsas iş stili daim yeniliklər axtarmaq, verilən sözə, kontraktın şərtlərinə yaradıcılıqla əməl etməkdir. Düzgünlük, təmizik və işgüzarlıq firmanın hər bir işçisinin amalıdır. Bu strategiya Qartal Tikinti Firmasının müvəffəqiyyətini təmin edir. Firma daim irəliyə doğru gedir. Tikdiyi hündür qüllələr kimi firma da yüksəlir. Bu yüksəlişi bacarığı, gücü və amalı ilə təsdiqləyir. Qartal Tikinti Firması ilə iş qursanız etibarlı tərəfdaş taparaq, bacarıqlı və işgüzar kollektivin xidmətindən istifadə etmiş olarsınız.

Qartal Tikinti Firmasının xidmətləri

Qartal Tikinti Firmasının əsas fəaliyyət növü xüsusi təyinatlı obyektlərin, hərbi obyektlərin telekommunikasiya obyektlərinin tikintisi və radio quraşdırma işləri ixtisaslaşıb.

Əsəsən aşağıdakı xidmətləri yerinə yetirir:

  • Xüsusi təyinatlı vacib dövlət obyektlərinin tikintisi
  • Hərbi obyektlərin tikintisi.
  • Mobil rabitə şəbəkəsinin baza stansiyalarının tikintisi, radioquraşdırma işləri və radio rele xətlərinin təchizatı və quraşdırılması və onlara xidmət
  • Radar avadanlıqlarının təchizatı və radar izləmə sistemlərinin və radar saytlarının infrastrukturunun tikintisi.
  • Baxçaların, məktəblərin və digər sosial təyinatlı obyektlərin tikintisi.
  • Ofislərin, villaların, ticarət obyektlərinin tikintisi.
  • Yüksək, aşağı gərginlikli yeraltı kabel və yüksək, aşağı gərginlikli hava xətlərinin çəkilməsi.
  • Elektrik təchizatı qurğularının təchizatı və quraşdırılması.
  • Xüsusi obyektlərdə mühafizə sistemlərinin təchizatı və quraşdırılması və s. daxildir.