5* Qafqaz Point Mehmanxanası istər istirahət məqsədi ilə, istərsə də işgüzar səfərə gələn qonaqları müasir xidmətlərlə təmin edəcək şəkildə dizayn edilmişdir. Mehmanxana istiqamət baxımından qonaqların sıx-sıx ziyarət etdiyi məkanlara uyğun yerdə yerləşir. Belə ki, Heydər Əliyev Beynalxalq Hava Limanından 27,6 km , Baku Expo Centre 29,1 km , İçəri Şəhər 4,4 km uzaqlıqdadır.Qafqaz Point Mehmanxanası 2009-cu ilin iyun ayında istifadəyə verilmişdir. Otelin geniş və müasir otaqları qonaqların rahatlığını təmin edir.Otel Standard, Superior, Junior Suite, Deluxe Suite otaqlar olmaqla, ümumilikdə 74 əla dizayn edilmiş otaqdan təşkil olunmuşdur.
Mehmanxanamızın 1-ci mərtəbəsində yerləşən klassik dizayna malik olan səhər yeməyi üçün nəzərdə tutulan Naxçıvan Restoranı hər gün saat 07:00 dən 10:30 kimi "açıq buffet" xidmətləri ilə qonaqların istifadəsinə verilir.Həmçinin, otelimizdə bir çox şirkət və turizm agentliklərinin təşkil etdiyi tədbirlər zamanı Naxçıvan Restoranında təklif olunan “açıq buffet”, “çay-qəhvə fasiləsi” qonaqların zövqünü oxşayır.