Qafqaz Karvansararay Hotel xəritədə

Qafqaz Karvansararay Hotel

Qəbələ, Elçin Kərimov küçəsi AZ1000 *** 1 səs

Qafqaz Karvansararay Hotel haqqında

Qəbələ Qafqaz sıra dağlarının ətəyində, Qədim Qəbələ xarabalıqlarından cəmi 22 km məsafədə yerləşir. Əvəzolunmaz gözəl təbiət mənzərsi ilə hər kəsi özünə heyran edən Qəbələ həmçinin tarixi dəyərləri ilə də diqqəti cəlb edir. Beləki aparılmış arxeoloji qazıntılar zamanı müdafiə divarları, müxtəlif bəzək əşyaları, saxsı, gil və şüşə qabların aşkar edilməsi Qəbələnin tarixinin qədim olduğunu sübut edir. Gəzməli-görməli yerləri ilə də diqqətləri özünə cəlb edən Qəbələdə yüksəkliyi 1000 m-dən artıq olan dağ yamaclarında yerləşən füsunkar şabalıd meşələri, Nohur gölü, Yeddi Gözəl şəlaləsi, Mıçıx şəlaləsi, Laza, Duruca və Qəmərvan kəndləri istirahət etmək üçün gözəl məkanlar sırasındadır.

Otelin xidmətləri

Qış turizmi üçün ideal məkan seçilən Qəbələdə müasir texnologiyaların istifadə edildiyi Tufandağ Qış-Yay istirahət kompleksi fəaliyyət göstərir.
Fərdi və yaxud qrup halında istirahət üçün Qafqaz Karvansararay Hotel ideal məkandır. Diqqətlə seçilib bəzədilmiş, müasir və qədimiliyin birləşdiyi bu məkanda qonaqların istirahəti unudulmaz olacaqdır. 159 otaqdan ibarət olan Qafqaz Karvansaray Hotel yerli və xarici mətbəxinin ləziz təamları, müasir SPA və Sağlamlıq Mərkəzi xidmətləri və peşəkar kollektivi ilə qonaqlarına ənənəvi Azərbaycan qonaqpərvərliyindən zövq almağa dəvət edir.Qəbələ Hava Limanından 22 km,Gəncə Hava Limanından 161 km,Heydər Əliyev Hava Limanından 240 km,Qəbələnin mərkəzindən piyada cəmi bir neçə dəqiqəlik məsafədə yerləşir.

Spa və Sağlamlıq Mərkəzi

Açıq və qapalı hovuzları ilə 600 m² sahəsi olan Spa mərkəzimiz əsl rahatlıq vahəsidir. Ayrı-ayrılıqda masaj kabinələri, gözəllik salonu ilə spa mərkəzimiz stresdən azad olmaq və sağlam bədənə sahib olmaq istəyənlər üçün düzgün seçimdir. Sağlamlıq Mərkəzində xanımlar və bəylərin rahatlıqla istirahəti üçün xanımlara ayrı, bəylərə ayrı Türk hamamı, sauna və buxar hamamı fəaliyyət göstərir. Gigiyenik səbəblərdən qapalı hovuzda baş geyimi zəruridir.